Dinimizi sevək

05 Nisan 2015
1 369
0
Dinimizi sevək
Dinimizi sevək


Ey Rəbbimiz! Bəzi üzlərin ağarıb, bəzi üzlərin qaralacağı gündə bizi üzü ağ, qəlbi pak olan sevgili Rəsulunun bayrağı altında toplaşan xoşbəxt insanlar arasına qoy. Onun yanında Cənnətə girməyi, mübarək Camalını görməyi, Sənin dostlarınla qonşu olmağı və ən böyük dərəcə olan razılığını qazanmağı nəsib et.

Ey Rəbbimiz! Sənə dualarla yalvaran, Səni sevən və yolunda yürüyən qəlblər istəyirik. Nəfsimizə təqva bəxş et və onu təmizlə...

Ey Rəbbimiz! Səndən hidayət, sağlamlıq, təqva və zənginlik istəyirik. Bizə bəxtsiz və nankor olmayan, şirkdən arınmış, tərtəmiz qəlblər lütf et,,,

Ey Rəbbimiz! Bizə qorxundan elə bir hissə ver ki, günahlarla aramızda maneə olsun. İtaətdən elə bir pay ver ki, o bizi Cənnətə aparsın. İmandan elə bir pay lütf et ki, dünya əzablarına dözmək asanlaşsın...

Ey Rəbbimiz! Bizə Sənin rizanı qazandıran əməllər ver, Amin, bi-hurməti Seyyidil-mursəlin, və bi=hurməti "Taha" və "Yasin" və sallallahu aleyhi seyyidinə Muhammədin və alə alihi və əshabihi əcmain. Vəlhamdulillahi Rabbil-aləmin!..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.