10 yaşlı qızın hekayəsi
10 yaşındakı balaca qız, paltarının düymələrini düymələməyə çalışarkən o qədər tələsirdi ki, həyəcandan əlləri bir-birinə dolaşırdı. 10 yaşlı qız, yatmaqdan şişmiş gözlərini ovalayaraq çölə çıxdı. Ayaqqabılarını ayağına keçirməyə çalışaraq qaçmağa başladı. Son günlərdə gec oyanırdı və ilk dərsə çata bilmirdi. Balaca qızı yoran müəllimin verdiyi cəza yox, hər dəfə yalan danışması idi. Bu dəfə hansı yalanı uyduracağını düşünürdü. Yatıb qaldığını desə, müəllim hər zamankından daha çox hirslənəcəkdi. Anasına söz vermişdi. Nə olursa olsun, başına nə gəlirsə gəlsin yalan danışmayacaqdı. Məktəbin qapısına gəldiyi zaman qaçmaqdan tərləmişdi.
Utancaq addımlarla kolidorda irəliləyirdi. Belində ağır çantası olan qız, sinfin önünə gəldi. Üst-başını düzəldib qulağını qapıya yasladı. İçəridən heç bir səs gəlmirdi. Çantasını kürəyindən əlinə alıb, kiçik əlləriylə qapıya bir neçə dəfə vurdu. Ürkək addımlarla içəri girdiyində sinfdəki səssizlik, yerini gülüşmələrə buraxdı. Uşaqların bəzisi, gecikdiyi üçün ona hirslənir, bəziləri isə lağa qoyurdu. Kiçik qız yerinə keçməyə hazırlaşarkən, müəllim "dayan" dedi.
- Yerinə oturma! Səni dəfələrlə xəbərdar etməkdən, cəzalandırmaqdan bezdim, amma sən gecikməkdən bezmədin. Lövhənin yanına keç və dərs bitənə qədər tək ayaq üstündə dayan. Məsuliyyətsizliyinə son verənə qədər belə edəcəyəm. Ayağını endirdiyini görməyim.
Digər uşaqların yenidən başlayan gülüşmələri lövhə qarşısındakı kiçik qıza vurulan son zərbə idi.
Bir neçə dəqiqə keçdi. Kiçik qızın gücü tükənirdi ki, zəng vuruldu. Qapıya doğru qaçan uşaqlar 10 yaşlı qızı çoxdan unutmuşdular. Müəllim də masadan kitablarını toplayırdı. O, kiçik qızın üzünə belə baxmadan "Tamam. Çıxa bilərsən" dedi. Müəllim qapıya doğru bir neçə addım atan qıza təkrar səsləndi.
- Dayan bir az! Hər gün dərsə gecikirsən. Bu belə getməyəcək. Ya keflə yatmaqdan, ya da məktəbdən imtina et. İkisini də eyni anda etməyindən bezdim. Necə bir anan var imiş sənin? Səni məktəbə hazırlamaqda acizdir. Dəfələrlə çağırmağıma baxmayaraq bir dəfə də olsun məktəbə gəlməyib. Sənin məsuliyyətsizliyinin digər uşaqlara nümunə olmasına icazə verməyəcəyəm. Ya vaxtında dərsə gəl, ya da...
Müəllimin ağızında çaxan şimşəklər kiçik qızın gözlərində gözləyən buludlara düşürdü. Suallar davam edirdi.
- Oxumaq istəmirsən? Əgər elədirsə, nə sən özünü yor, nə də biz.
Kiçik qız başını aşağı əymişdi.
- Xeyr müəllim. Oxumağı çox istəyirəm. Həm də çox. Ancaq hər səhər eyni yuxunu görürəm.
- Nə görürsən yuxunda?
- Keçən il məni tək buraxan anamı cənnətdə görürəm. Mənə çox darıxdığını deyir. Əlləriylə başımı oxşamaq istəyir, tam əlini uzadır ki, oyanıram.
Yanaqlarına süzülən yaşları sildikdən sonra dərin bir ah çəkən qız, sözlərinə qaldığı yerdən davam etdi.
- Onun üçün o qədər çox darıxdım ki…Bəlkə eyni yuxunu təkrar görərəm, bəlkə yuxu qaldığı yerdən davam edər deyə təkrar yatıram, oyanmaq istəmirəm. Ancaq yuxu qaldığı yerdən davam etmir.
10 yaşlı qızın daha çox danışa biləcək gücü qalmamışdı. Titrəyən səsiylə son bir cümlə daha qurdu.
- Yuxumda da olsa, bir dəfə başımı oxşamasını, ona doya-doya sarılmağımı elə çox istəyərdim ki
P.S AXIRA QEDER OXUMGA DEYER