Çıx mənim yadımdan

01 Ağustos 2015
2 158
0
Çıx mənim yadımdan
Çıx mənim yadımdan



Çıx mənim yadımdan, çıx, nə olar çıx,
Hər dəfə fikrimi qarışdırırsan.
Görənlər, "dəli"dir desinlər deyə,
Məni öz-özümlə danışdırırsan ?


Çıx mənim yadımdan

Çıx mənim yadımdan, çıx, nə olar çıx,
Gör neçə müddətdir, yata bilmirəm.
Hələ dincəlmək də bir yana qalsın,
Işə də vaxtında çata bilmirəm.

Çıx mənim yadımdan

Çıx mənim yadımdan, çıx, nə olar çıx,
Sən gələn yolları bağlayammıram.
Hər gün rastlaşdığım iş yoldaşımın
Adını yadımda saxlayammıram…


Çıx mənim yadımdan

Çıx mənim yadımdan, çıx, nə olar çıx,
Qapı da açıqdır, pəncərələr də.
Öz adım yadımdan çıxmasın deyə,
Adımı yazıram pəncərələrdə…

Çıx mənim yadımdan

Çıx mənim yadımdan, çıx, nə olar çıx,
Mən sənin yadından çıxdığım kimi.
Daha üzünə də baxa bilmirəm,
Hər gecə şəklinə baxdığım kimi.


Çıx mənim yadımdan
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.