Dini qayda-qanun və göstərişlərə sözsüz əməl etmək

07 Ağustos 2015
2 683
0
Dini qayda-qanun və göstərişlərə sözsüz əməl etmək
Dini qayda-qanun və göstərişlərə sözsüz əməl etmək



Cənab Şeyxin dini göstəriş və qayda-qanunlara əməl etməsi təriqət iddiaçılarının məsləki ilə kökündən fərqlənirdi. O, sufilik firqələrinin heç birini qəbul etmirdi. Onun seçdiyi yol Əhli-beyt (ə)-ın göstərişlərinə sözsüz əməl etmək idi. Buna görə də təkcə vacib əmrlərə deyil, müstəhəb əməllərə də ciddi əhəmiyyət verirdi.
Adətən sübhlər oyaq olur, gün çıxandan sonra yarım saatdan bir saata qədər istirahət edirdi. Bə᾽zən günortadan sonra da bir qədər istirahətlə məşğul olurdu. Şeyxin özü kəşf və şühud əhli olmasına baxmayaraq, təkrar-təkrar buyurardı: «Mükaşifatda (bəsirət gözünün açılması və hər bir şeyi həqiqi simasında görmək) deyilənlərə yəqininiz olmasın, heç vaxt mükaşifədə gördüklərinizə arxalanmayın. Biz imamların rəftar və əməllərini, sözlərini özümüzə nümunə götürməliyik.»
Cənab Şeyx ilahi hökmlərə əməl etməklə Allahın göstərişlərinə və Əhli-beyt (ə)-ın buyurduqlarına qeydsiz-şərtsiz itaət etməyə tə᾽kid edir, bununla yanaşı ümumi yığıncaqlarda aşağıdakı ayəyə istinad edirdi:
«Əgər siz Allaha kömək etsəniz, Allah da sizə kömək edər və qədəmlərinizi möhkəmlədər.» (Məhəmməd-7)
Sonra deyirdi: «Allah hər şeydən ehtiyacsızdır. Allaha kömək etmək dedikdə, Onun hökmlərinə əməl etmək, Peyğəmbərinin sünnəsinə əsaslanmaq nəzərdə tutulur.»Başqa bir yerdə buyururdu:
« Heç bir şey ilahi hökmlərə əməl etmək qədər bəşərin ruhi yüksəlişində tə᾽sirli ola bilməz».
Şeyx dəfələrlə bunu təkrar edərdi: «Haqq din elə minbərlərdə deyilən sözlərdir. Lakin onda iki şey çatışmır: Birincisi ixlas, digəri isə mütəal Allah ilə dostluq. Bu iki şey minbərdəki çıxışlara artırılmalıdır
.
Yenə deyirdi: «Müqəddəslərin işlərinin hamısı yaxşıdır, lakin insan vücudunda olan «mən»ləri «Allah» ilə dəyişmək onların ən önəmlisidir».Yenə buyururdu:
«Əgər mö᾽minlər öz «inniyyət»lərini kənara qoysalar, yüksək mə᾽nəvi məqamlara çatarlar.»
«Əgər insan Allaha təslim olsa, öz rə᾽y və şəxsi nəzərini kənara qoyar, özünü tam mə᾽nada Allaha tapşırar, Allah da onu Özü üçün tərbiyələndirər».

Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri

R.t..Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.