Bəs siz inanırsınız?

13 Eylül 2014
1 420
0
Bəs siz inanırsınız?

Belə Bir hekayə var.Hamilə qadının bətnində iki uşaq var.Biri imanlı,digəri isə imansızdır.

Biri o birindən soruşur:
"Sən doğumdan sonrakı həyata inanırsan?"

İmanlı Olan:"Əlbəttə,doğumdan sonra həyatın olduğunu hamı bilir".Doğumdan sonra olacaqlar qarşısında güclü və hazırlıqlı olmaq üçün burdayıq.

İmansız olan:"Bunlar ağılsızlıqdı.Doğumdan sonra həyat yoxdur."Doğumdan sonrakı həyatı düşünə bilirsən? Doğumdan sonra həyat necə ola bilərki?

İmanlı Olan:"Tam Olaraq bilmirəm,amma orada işıq və sevinc olacaq."Məsələn,öz ağzımızla yemək yeyə biləcəyik.

İmansız Olan:Bu çox gülməlidir.Bizim öz göbək bağımız var,onunla qidalanırıq.Heç kim oradan geri qayıdmayıb! Doğumdan sonra həyat bitir!

İmanlı Olan:"Xeyr,mən doğumdan sonra həyatın necə olduğunu dəqiq bilmirəm",amma bilirəm ki,doğumdan sonra anamızı görəcəyik və bizim qeydimizə qalacaq.

İmansız Olan:"Ana? Sən anaya inanrsan? O hardadır?"

İmanlı Olan:" O hər yerdədir,bizim ətrafımızdadır.Onun sayəsində yaşayırıq.Onsuz bir heç nəyik!"

İmansız Olan:Axmaqlıqdır! Mən ana zad görməmişəm.Deməli ,o yoxdur!

İmanlı Olan:"Mən razı deyiləm! Çün ki ətrafda səssizlik olanda onun mahnı oxuduğunu eşidə bilirik.Bizi sığalladığını da hiss edə bilirik. Mən inanıram ki,bizim əsl həyatımız doğumdan sonra başlayacaq.

Bəs siz inanırsınız?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.