Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi {2}

Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi {2}
Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi {2}

Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi {2}

Pasiyent 2: Fridrix Nitsşe

Alman filosofu (1844-1900)

Diaqnoz: Nüvəli mozaik şizofreniyası (tərcümeyi-halında əksəriyyətdə daha ədəbi variantda- obsessiv pozğuluq kimi göstərilmiş).

Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi {2}

Simptomlar: Megalomaniya (Böyüklük iddiası) ("İki ay sonra mən Yer kürəsində bir nömrəli insan olacam" mətnli qeydləri göndərirdi, divarlardakı şəkillərin çıxarılmasını tələb edirdi, çünki onun mənzili «məbəd» idi); ağlını itirmək (şəhərin mərkəzində atı qucaqlayırdı və bununla küçə hərəkətinə mane olurdu); güclü baş ağrıları; qeyri-adekvat davranış. Nitsşenin tibbi kartında deyilirdi ki, xəstə çəkməsindən öz sidiyini içirdi, anlaşılmaz qışqırıqlar buraxırdı, xəstəxana gözətçisini Bismarka oxşadırdı, qapının arxasında sındırılmış stəkanın qırıqlarıyla barrikada qurmağa çalışırdı, döşəmədə yatırdı, keçi kimi tullanırdı, ağız-burnunu əyirdi və sol çiynini qabağa verirdi.

Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi {2}

Xəstəlik tarixçəsi: Nitsşe bir neçə apopleksiya tutması keçirdib (iflic); həyatının son 20 ilini psixiki pozğunluqdan əziyyət çəkib (məhz bu dövrdə onun ən əhəmiyyətli əsərləri yaranıb — məsələn, «Zərdüşt belə deyirdi»), onlardan 11 ilini o, psixiatrik klinikada keçirdib. Vəziyyəti daim pisləşirdi — həyatının sonuna yaxın filosof yalnız sadə cümlələr qura bilirdi.

Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi {2}

Dünyaya bəxş edilmiş ideyalar: Ali insan ideyası (nə qədər paradoksal görünsədə, məhz keçi kimi tullanan və sol çiynini oynadan bu yoldaş bizdə azad, məntiqüstü, mükəmməl, xeyir və şərin digər tərəfində olan şəxsiyyət kimi assosiasiya yaradır). Yeni əxlaq ideyası (qul əxlaqının əvəzinə güclü şəxsiyyət əxlaqı): sağlam əxlaq insanı məşhurluğa və hakimiyyətə olan təbii cəhdinə ucaltmalıdı. Hər bir başqa əxlaq ağrılı və düşkündür. Faşizmin ideologiyası: xəstələr və zəiflər həlak olmalıdır, ən güclülər qalib gəlməlidi («Yıxılanı itələ!»).
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    ideyalar hemse gozel olru
  2. AleDa
    • AleDa
    • 14 Ekim 2015 00:36
    Maraqlıdı.. Maraqlı geldı yazdıgı eserler.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.