Professorlar ölkəsi!

Professorlar ölkəsi!
Professorlar ölkəsi!

Professorlar ölkəsi!

Bu günlərdə Yeni Müsavat saytında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun təklifi haqda bir məqalə oxudum. Məqalədə diqqətimi cəkən təklifin məğzi yox, təklifdə yer alan qısa statistik məlumat idi. Sitat — Ali təhsil müəssisələrində elm daha sürətlə inkişaf etdiyindən, elm sahəsinin də Təhsil Nazirliyinin kurasiyasına verilməsi məsələsi ortaya çıxır! Azərbaycanda 1800 elmlər doktoru və professor var. Bunların 1200-dən çoxu ali təhsil müəssisələrində, 500 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasında, qalan hissəsi isə hökumət qurumlarında çalışır.

Hə, deməli 1800 elmlər doktoru, professorumuz var, bizim də xəbərimiz yoxdur. Bu əhali sayına nisbətdə analoqu olmayan göstəricidir! Belə ki, sitat gətirilən statistikaya inansaq 9 milyonluq ölkəmizdə hər 4 min insandan biri sən demə professor imiş. Misal üçün inkişaf etmiş 127 milyonluq Yaponiyada son statistik məlumatlara görə cəmi 4 min professor var. Bu ölkə əhalisinə nisbətdə 40 min adama bir professor deməkdir. Pah atonan, sən bir inkişafa bax e — Yaponiyanı 10 dəfə geridə qoymuşuq! Professorlar ölkəsi! Əhsən!


PS. Bu qədər elmlər doktoru, professor ordusunun əksər üzvləri nə ilə məşğuldur, yəqin tək bir Allah bilir.

Professorlar ölkəsi!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    Xəbəri oxuyanda Dedim Yaponiyadır.. Sən demə bizmişik..)))))
  2. SaFFron
    Redaktə edərkən oxumuşdum.Həqiqətən acınacaqlı vəzyətdəyik.Professor adının da bir dəyəri qalmıyıb artıq bizdə,əlbətdəki yaxşı professorlarımız var,ama çoxluq ölkəyçün heçnə etmir,ancaq öz qazanlarını doldururlar..)
    Bir diblom ki pulnan alınır daha necə olmasını gözlüyürdük ki.Kollecdə bir müddət oxudum,2-3 ay falan,oxumaq demək olmur ona çünki həmin müddətdə müəllimlərin ancaq pul güddüyünü gördüm,1-2 bizə dərs deyən müəllimdən başqa,onlarda yaşlı nəslin nümayəndəsiydi.Qalanları ancaq pul pul diyirdilər.Orda təhsil alan tələbələr necə olacaq ki.Yol ölçürlər ancaq,birdə çoxsu özlərini göstərməyə,avaraçılıq etməyə gedir.Bizlər onların gələcəyiyiksə,deməli gələcək belə savadsız gənclərlərlə dolu olacaq.Amma çoxsunun diplomu olmuş olacaq =) Allah Özü kömək olsun bizə,axrımız hara gedir bilinmir heç.
  3. AleDa
    • AleDa
    • 15 Ekim 2015 18:48
    Men deyerdımkı bunların yarıdan coxu pulla bu vezıfelere getırılıb.. Pulun varsa demelı olasan professor...
  4. crazy_reniw
    )) gore Alim olub getmiwik xeberimiz yox
  5. SindireLLa
    Yaponiyani geridə qoymamişiq. Yaponiya bizi geridə qoyub. ƏİO yəni (ən inkişaf etmiş) olkələrdən biridi. Professor olmaqla iş bitmir. Olarin 1 professorunun başi bizim 10 professorumuzun baaşindan yaxşı işləyir).
    Xəbərə görə təşəkkür.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.