"Niyə o qadına kömək etdin?"

30 Ekim 2015
1 507
6
"Niyə o qadına kömək etdin?"
"Niyə o qadına kömək etdin?"


İki səyyah bir şəhərdən digərinə gedirmiş. Qəfildən yollarının üstünə keçilməsi çətin olan bir çay çıxır. Birdən azacıq qabaqda qorxudan tir-tir titrəyən tək-tənha, cavan bir qadını görürlər. Adamlardan biri o saat qadının köməyinə qaçır. Onu belinə götürüb, çayı keçir. Sonra qadını dərənin o biri tərfində qoyub yaxşı günlər diləyir.
Beləcə səyyahlar yollarına davam edirlər.
Ancaq yolun qalan hissəsində o biri səyyah dinib danışmır. Qaşqabağını tökdükcə tökür. Bir neçə saat belə qaşqabaq tökəndən sonra sükutu pozub belə deyir:
- "Niyə o qadına kömək elədin? Üstəlik də, ona toxundun. Səni yoldan çıxara bilərdi! Başdan çixara bilərdi! Kişiylə qadının bu cür təmasa girməsi heç olarmı? Ayıbdı axı! Olmaz, bizə yaraşmaz!"
Qadını belində aparan səbirlə gülümsəyir: - "Mən o gənc qadını dərənin o biri tərfinə keçirib orda qoydum, sən isə hələ də özünlə aparırsan?"
Şəms Təbrizi (1185 – 1248) mənşəcə Azərbaycan türklərindən olan məşhur sufi alim və şair.Fb Kitab..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    Qəşəng cavab verib halal olsun
  2. -Aydan-
    -Maraqlı hekayə idi Təşəkkürlər...
  3. AleDa
    • AleDa
    • 30 Ekim 2015 21:32
    Halal olsun heqıqetende.. Cox menalıdı. Mene de tesır etdı. Cox tewekkurler..
  4. crazy_reniw
    halal coox maraqlidir twk
  5. allah bendesi
    xeber ucun cox sag olun.heqiqeten cox gozel cvb verib
  6. Laura
    • Laura
    • 30 Ekim 2015 17:26
    Qəşəng cavab verib halal olsun ...Çox təsir elədi həqiqətən ..TƏŞƏKKÜRLƏR
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.