Gecikdirilmiş ismarıc

01 Ocak 2016
1 597
3
Gecikdirilmiş ismarıc
Gecikdirilmiş ismarıc

Gecikdirilmiş ismarıc

Salam, Şaxta baba!

Bu qədər gec yazdığıma təəccüblənirsən? Axı mən balaca uşaq deyiləm. Sənin varlığına inanmıram. Bilirəm ki, sənə yazılan məktublar əslində ünvana çatdırılmır. Bilirəm ki, sən yaşadığım dünyada yoxsan. Bilirəm ki, hədiyyələri sən gətirmirsən. Bilirəm...

Yadıma saf, məsum uşaqlığım düşdü. Qardaşımla sənə məktub yazmışdıq, səndən hədiyyə istəmişdik. Necə də böyük həyəcanla gözləyirdik! Eynən filmlərdəki kimi: Səhər oyanırsan və hədiyyələr hazıra nazir kimi səni gözləyirlər. Əslində onları bizə atamız almışdı...

Səni hər yerdə görürdük. Şəhərin dörd bir tərəfinə səpələnmişdin və indi də elədir. O vaxtlar anamız bizi tez-tez teatrlara aparardı. Şirniyyat yeyə-yeyə izləməyimiz hələ də yadımdadır. Həmişə oralardan əlidolu çıxardıq...

İlk dəfə sənin kimliyini məktəbimizdə təşkil edilmiş bayram şənliyində üzə çıxartmışdım. Biz əylənirdik. Birdən sən sinifimizə daxil oldun. Sevincimizdən atılıb düşdük. Torbadan hədiyyələrimiz çıxartdın. Və birdən papağın gözünün üstünə düşdü. İbtidai sinif müəlliməmiz Elmira m. cəld düzəliş etdi. Amma artıq açığa çıxmışdın, ay Allahverdi müəllim! Hamımız sənin kim olduğunu beləcə öyrəndik, Şaxta baba...

O illərdən uzaqlaşıb günümüzün reallığına qayıdıram. Əslində bu gün sənə məktub yazmağım mənə məntiqsiz görünür. Ona görə yox ki, yetkin biriyəm. Hər nə qədər qatı realist olsam da, optimist və pozitiv biriyəm. Amma dünya dəyişilib, insanlar dəyişilib, uşaqlıq dəyişilib...

Səndən bunu istəməyim əslində məntiqsizdir, amma müharibələrə son qoya bilərsənmi? Müharibə uşaqlarının doğru-dürüst uşaqlıqları olmur. Onlar oyuncaq deyil, silah görürlər. Ana laylasını deyil, güllə səsini eşidirlər. Ata qucağına deyil, düşmən şilləsinə məhkum olurlar. Onların yaşadıqları sözlə ifadə edilə bilməz. Üstlərinə bomba yağarkən binalarda gizlənən, qorxudan titrəyən uşaqlar üçün həqiqətən varsanmı?

Xəstə, kasıb, ac, yetim uşaqlar da var. Onlar da sehrə ehtiyac duyurlar. Ümid edirəm ki, bir gün o uşaqların bütün arzularını yerinə yetirəcəksən. Bütün dini ayrı-seçkiliyə rəğmən yenə də varsansa, o uşaqlara təşəkkkür etməyi unutma...
Sevgilərlə!

Gecikdirilmiş ismarıc

Yazar.in
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. AleDa
    • AleDa
    • 1 Ocak 2016 23:39
    2016 insalah sulh sevgi dolu bir il olar..Butun muharibelere son qoyular..Hamimizin arzusu budur mence..
  2. allah bendesi
    ALLAH dunyamiza sakitlik bexw etsin inwALLAH.cox gozel bir wey istemiw :(Cox sag olun paylawim ucun..ellerinize sagliq
  3. alara
    • alara
    • 1 Ocak 2016 14:59
    umid ediremki butun dilekler qebul olar hemcinin o usaqlarinda
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.