Niyə kimsə bizə baxanda, bunu dərhal hiss edirik?

05 Şubat 2016
1 698
3
Niyə kimsə bizə baxanda, bunu dərhal hiss edirik?
Niyə kimsə bizə baxanda, bunu dərhal hiss edirik?

Niyə kimsə bizə baxanda, bunu dərhal hiss edirik?

Müasir alimlərin ən böyük məqsədi beynimizin bütün sirlərini açmaq və imkanlarından istifadə etməkdir. Lakin beynin bütün funksiyalarını kəşf etmək üçün belə görünür ki, minlərlə il lazımdır. Məsələn, hətta gözlərimiz həmin istiqamətə baxmasa da, bizə yönləndirilmiş baxışları hiss edə bilirik. Bəs biz bunu necə edirik? Üzərimizə yönləndirilən baxış necə olur ki, beynimizə siqnallar ötürür?

Niyə kimsə bizə baxanda, bunu dərhal hiss edirik?

Psixoloq İlan Şrira deyir ki, biz ətrafımızdakı dünyanı təkcə hissiyyat orqanlarımızla dərk etmirik. İnsanın beynində həm də xüsusi dərketmə “sistemləri” mövcuddur. Bu inanılmaz görünsə də, yad baxışları üzərimizdə hiss etmək buna misal olaraq göstərilə bilər. Bu hal bizim həyat uğrunda mübarizə instinktlərimizdən biridir. Bəzi məməlilər də digər heyvanların üzərlərinə yönləndirilmiş baxışlarını hiss edə bilirlər. Lakin insan bunu uzaq məsafədən də etməyə qadirdir.

Tədqiqatların gəldiyi nəticəyə görə, bu hal baş verdikdə insanın beynində müəyyən hüceyrələr canlanmağa başlayır. Sosial-psixoloq Colin Clifford deyir ki, “İnsanın yad baxışları hiss etməsi onun sosial təbiətindən xəbər verir. Biz təkcə şifahi və yazılı yollarla deyil, həm də instinktlərimizlə ünsiyyət qura bilərik.”

Niyə kimsə bizə baxanda, bunu dərhal hiss edirik?

Siz qəribə narahatlıq keçirir və həmin dəqiqə də yad baxışı üzərinizdə “tutursunuzsa,” beyniniz dərhal digər mexanizmləri də işə salır. Beyniniz məsafəni, müşahidə edəni, qeyri-verbal siqnalları və bununla əlaqədar baş verə biləcək təhlükələri təhlil edir. Bütün bunlar isə cəmi bir neçə saniyə ərzində baş verir. Clifford deyir ki, bizə yönləndirilmiş baxışlar beynimizə təhlükəylə bağlı siqnallar verir. Bizim beynimiz isə təhlükə hiss edən kimi, bizi müşahidə edən insanın axtarışına çıxır. Bir sözlə bu hal, yaşamaq uğrunda mübarizə və özünümüdafiə instinktlərimizin ortaq işindən meydana gəlir.

Niyə kimsə bizə baxanda, bunu dərhal hiss edirik?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ceyla
    • ceyla
    • 6 Şubat 2016 11:07
    cox maraqli xeber idi sagolun
  2. allah bendesi
    maraqli melumatdir ellerine sagliq
  3. alara
    • alara
    • 5 Şubat 2016 19:11
    bu haqda coox sey oyrendim tesekurler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.