Gələcəklər,gələcəklərimiz

11 Şubat 2016
2 607
5
Gələcəklər,gələcəklərimiz
Gələcəklər,gələcəklərimiz



Gələcəklər,gələcəklərimizGələcəklər,gələcəklərimizGələcəklər,gələcəklərimiz
Dünyada 7 milyard insan var. Bu say heç dә az deyil. Vә tәxmini 193 ölkә. Kiçik
ölkәlәri hesaba qatmasaq, bu sayı 70-80'ә qәdәr gedәr. Düşünәk... Biz indi isti
evimizdәyik. Bir çox şey yerindәdir, bәzi-bәzi problemlәr düşündürür bizi. Qoy
düşündürsünlәr. Çәtindәyik, özümüzә görә. Bәlkә dә yolun sonunda. Axırı,
yaşayırıq. Amma bu dәqiqә әn azı 1000 nәfәr canı ilә әllәşir. Yo, yo, dostum,
bunları 'sәnin dәrdin dәrddi?!' demәk üçün demirәm. İnan mәnә.
Canı ilә әllәşmәk deyәndә - evә sәrxoş gәlmiş ata tәrәfindәn döyülmәk, qanlı
döyüşdә ata ananın ölümünü görüb bir başına müharibәdәn qaçmağa çalışmaq,
yeni doğulan körpәni qucağına almamış öldüyünü bilmәk, avtomobil qәzası
keçirib xәstәxana maşınında xәstәxanaya çatmağı, ya da sadәcә binanın
damına çıxıb cәsarәtin qonaq gәlmәyini gözlәmәk...
Bәli, bilirәm, bilirsiniz bunları. Fәrqindәsiniz siz dә hәr şeyin. Bәli, bilirәm.
İstәmәrik belә olsun, kim istәr ki?
Amma gәlin düşünәk. Nә etdik deyә. Hәmin o tәxmini 1000 insanın hәyatını
çәtinlәşdirmәmәk üçün nә etdik?
Tapdınızmı bir şey?
Mәn dә sizin kimi.
Başlayaq, o taleyi qara uşaqlardan. Atasının cәzasını çәkәn uşaqlardan. Bәxti
gәtirmәyәn uşaqlardan. Bu gün bir valideynin övladını döymәsi: uşağın
özgüvәninin qırılması, cәmiyyәt içindә özünә yer tapa bilmәmәsi, inkişaf edә
bilmәmәsi vә әn әsası insanlardan iyrәnmә sәbәbinin yaranmasıdır. Vә nә olur...
Hәmin o döyülәn balaca da, bir gün böyüyüb atasının yerini alır. Nәyә görә?!
Kimә görә?! Gәrәkmidir bu?! Dәyәrmi?! Dәymәz.
Dәymәdi.
Dәymәyәcәk dә.

Hәr gün parçalanan ürәklәr, silinәn gәlәcәklәr, gedәn o xoşbәxt illәr yenә
uşaqlardan gedir. Bәlkә biz bu dәqiqә avtomobil qәzasından ağır yaralı
adam(lar) üçün bir şey edә bilmәrik, amma hәmin o uşaqların gәlәcәklәrini az
da olsun işıqlandırmaq üçün әlimizdәn bir-iki şey gәlir.
Misalçün, yolda uşağını döyәn valideyn görsәniz, müdaxilә edin. Edin bunu.
Nәinki qadına, yaxud kişiyә şiddәt, uşağa şiddәt dә cinayәtdir. Göz
yumulmamalı bir cinayәt. Uşaqlar ölmür döyülәrkәn, xәyalları ölür, arzuları
ölür, istәklәri ölür. Daha nәlәr nәlәr.
Vә siz dә әtrafınıdaki uşaqlara qarşı nәzakәtlә yanaşın, heç vaxt bir uşağın
sözünü kәsmәyin, bunu edәnlәri dә qınayın, nәbilim axı, öz prinsiplәrinizdәn
әvvәl onların psixologiyasını düşünün. Əsәblәşdinizsә bilirәm çәtindir, amma
әsәblәrinizi cilovlamağa çalışın uşaqların yanında.
Gәlәcәk üçün.
Onlar üçün.


(P.S: Bu, cәmiyyәtә özünü aşkarlamaq istәyib dә aktual problemlәrә toxunaraq
prim qazanmağa çalışan yeniyetmә mәqalәsi deyildir.)

Gələcəklər,gələcəklərimiz
Müəllif: Pәri Abbaslı

RƏYLƏR
  1. Dear..
    Marağlı bi o qədərdə anlamlı xəbərdi.Ana səhifə şəklimi sevdim)
    -Əməyinə salık
  2. AluRa
    • AluRa
    • 11 Şubat 2016 23:26
    Lazimli yazi ve movzudu.Bele movzulara ne qeder cox yer ayrilsa bir o qeder yaxsidir.Usagi doymek yox basa salmaq lazimdir,o zaman da hemin usaq gelecekde de ozu siddete yol vermez fikrimce.Ellerine sagliq canim
  3. Bella
    • Bella
    • 11 Şubat 2016 23:25
    Xəbər- ibrətli, mənalı, maraqlı səciyyə daşıyan və cəmiyyətimizdəki əsas problemlərdən birini əhatə edən mövzu üzrə qurulmuşdur. Nədənsə əksəriyyət cəzanı, şiddəti çıxış yolu kimi qəbul edir. Bəzi valideynlər uşağın tərbiyələnməsində bu üsulu daha çox tətbiq edirlər. Lakin bunun nə ilə nəticələndiyini heç düşünmürlər. Buna görə də uşaqlarda valideynlərə qarşı məhəbbət hissi azalır. Şiddətə məruz qalan uşaqların cəmiyyətdə necə formalaşacağı da sual obyektinə çevrilir. Hətta xəbərdə çox düzgün qeyd edilib ki, uşaqların psixologiyasını bilmək lazımdır. Bu fikirlə tam razıyam. Hər bir uşağın psixologiyası fərqli olduğuna görə onlara yanaşma tərzi də müxtəlif olur. Bunun üçün hər bir valideyn uşağı üçün yaxşı psixoloq olmalıdır. Onu cəzalandırmaqla yox , xasiyyətini bilməklə ,normal.davranış üsullarını seçməklə də hər hansısa problemi çözə bilər.
    Təşəkkürlər)
  4. allah bendesi
    cox gozel bir movzuya toxunulub hele son zamanlar en aktual movzudurda deye bilerem qadina uşaga şiddet..bunun ne aci ki qarşisi alina bilmir...ellerine sagliq baci..
  5. alara
    • alara
    • 11 Şubat 2016 14:07
    coxx maraqlidir
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.