Əsl Nağılsayağı Yemək: Ağca Qız Ruleti

17 Eylül 2016
2 589
0
Əsl Nağılsayağı Yemək: Ağca Qız Ruleti
Siz bu ruletin gözəlliyinə, naxışına bir baxın... Onun sirrini sizə açmağa çalışacağıq. Fantaziyanızı işə salıb başqa rəsmlər də edə bilərsiz. Rulet çox incə, zərif alınır.

Ərzaqlar:


Mayonez və ya xama – 220 qr.
Yumurta – 4 ədəd
Krem pendir - 70 qr.
Təzə şüyüd – dekor üçün
Sarımsaq -1 diş
Duz, istiot
Kök – 1 ədəd

Hazırlanması:


Pendir bir az bərkimək üçün soyuducunun buzxanasına 15 dəqiqəlik qoyulur.
Yumurtalar sındırılır, duz, istiot vurulur, yaxşıca çırpılır. Mayonez qatılıb, yenə yaxşıca qarışdırılır.

Əsl Nağılsayağı Yemək: Ağca Qız Ruleti

Ruleti şəkildəki kimi bəzəmək üçün: Soba üçün olan formanın içinə perqament kağız salınır. Kök təmizlənir, ondan xırda güllər kəsilir və ya uzun nazik lentlər kəsib, gül kimi perqamentin üzərində fiqurlar düzülür. Bu sizin fantaziyanızdan asılıdır. Həmçinin şüyüd yarpaqlarından da budaq, yarpaq düzəldə bilərsiz. Beləcə, kompozisiya alınır.
İndi isə kütləni çox səliqə və aramla bu kompozisiyanın üzərinə tökün ki, pozulmasın. Üzərini ehtiyatla hamarlayın. Üzəri açıq sarı rəngdə qızarana kimi 180 dərəcədə 10 dəqiqə bişirin. Omletin hazır olmasını onun qabarcıqlanmasından bilmək olur.
Pendirli içliyi hazırlayın: soyuducuda olan pendir sürtgəcin iri gözündən keçirilir. Bura əzilmiş sarımsaq, xırdalanmış şüyüd qatılır. Xama əlavə edilir.
Hazır omlet sobadan çıxarılır. Bir az soyudulub, ehtiyatla elə perqament kağızı ilə birgə formadan çıxarılır və qida plyonkasının üzərinə çevrilir. Səliqəli olun ki, omlet qırılmasın.

Əsl Nağılsayağı Yemək: Ağca Qız Ruleti

Yaş qaşığın köməyi ilə içlik omletin üzərinə bərabər yayılır. Sonra plyonkanın kənarından tutaraq, rulet kimi bükülür. Və soyuducuya bir neçə saatlıq qoyulur.
Özünü tutduqdan sonra rulet plyonkadan açılır, görəcəksiz ki, üzərində gözəl naxışlar alınır. Doğrayıb, nuş edin. Həm səhər yeməyi üçün əladır, həm də yüngül axşam yeməyidir.

Nuş olsun!

sufrem.az
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.