..... yaşıma dönə bilsəydim?!

18 Eylül 2014
1 403
0
..... yaşıma dönə bilsəydim?!
..... yaşıma dönə bilsəydim?!


"İndiki ağılım olsaydı, məsələn bu yaşımda sahib olduğum məlumatlarla ...... yaşıma dönə bilsəydim" deyənlərimiz nə çoxdur.…
Həqiqətən də nə gözəl olardı, Keçmişdə edə bilmədiyimiz üçün peşman olduğumuz nə varsa onların şüurunda olaraq o illərə dönsək və əskiklərimizi tamamlasaq…Ən çox həsrət çəkdiyimiz illər uşaqlığımıza aid olanlardır. Çox pis illər keçirmiş olsaq belə darıxarıq yenə də. Darıxdığımız şey, yaşadığımız mənfiliklər, yoxsulluqlar deyil. Uşaq olmanın məsumiyəti, etmək istəyib edə bilmədiklərimizdir. Ya da anamızın etdiyi keksin qoxusu, atamızın yüksək səsi, qardaşımızla etdiyimiz davaların əyləncəsidir. O illərdə bizim üçün mənası olmayan nə varsa illər keçincə məna qazanar, dəyər tapar. Hər söhbət mühitində izah edilər, burnumuzun göynəməsi ile hadisələr buruq gülümsəmələrlə bir dəfə daha yad edilər. Hər anını ‘indiki ağılım olsaydı' cümləsi bağlar bu günə ya da ‘kaş ki' deyərik. 'Kaş ki, anam atam yaşasaydı, kaş ki o sözü deməsəydim, kaş ki məktəbimi bitirsəydim, kaş ki onunla evlənsəydim (ya da evlənməsəydim), kaş ki bilsəydim, kaş ki, kaş ki, kaş ki…Amma görəsən həqiqətən də gözlədiyimiz və ümid etdiyimiz qədər gözəl olar idimi o illərə dönmək? "ey naşılıqlarım, ey səhvlərim, ey həyat mənə köhnə oyunlarını oyna görək!" demək əslində həmişə olmasını gözlədiyimiz şeydirmi? Heç düşündünüzmü? Deyək ki, 30 yaşındayıq. Ən çox darıxdığımız universitet dövrünə aid gözəl yoldaşlıqlar, köçürmələr, dərsdən qaçmalar. O zamanlar o qədər məsumuq ki, ağılımızda heç bir pis niyyət yox. Yalnız yoldaşlarla xoşca vaxt keçirməyi düşünürük. Və birdən, aradan keçən bu qədər ildə əldə etdiyimiz bütün təcrübələ, həmişə arzu etdiyimiz o illərə və o yaşa dönürük. Sürprizə baxın, bədən yaşımız 15-17 amma ruh yaşımız, həyat yaşımız 35-40. Varmı bir cazibəsi o ilə dönmənin bu qədər təcrübələ birlikdə? Bilir olacağıq çünki sinif yoldaşımızın bizə baxışının ardındakı məqsədi. o fərq çox şey fərq etdirər həyatımızda. Və əmin olun, əsla cazibədar deyil illər əvvəlinə uçub getmək. Xatirələrə hər vaxt yer tapa bilərsiniz həyatınızda amma yaşanmış illər əsla yer tapa bilməz geri döndüyünüzdə.
Deyək ki, döndünüz o çox istədiyiniz illərə. Yaxşı min bir çətinliklə sahib olduğunuz və bu yaşa gətirmək üçün ömürünüzü verdiyiniz balalarınız nə olacaq? Siz köhnə illərə dönərkən onlar həyatınızda var olmayacaq. Evlilik gününüz də olmayacaq, məktəbi bitirdiyiniz gün də. Bilmirəm çox sevimli görünürmü amma bütün o yorucu, bezdirici müddətləri yenidən yaşayacaqsınız və nəticədə nə əldə edəcəyinizi bilərək məşğul olacaqsınız.


İndiki ağılınız olsaydı, keçmişdə nə edərdiniz sualına cavab axtarmaq yerinə, "İndiki ağılınızla bu həyatınız üçün və bu gün nə edə bilərsiniz? "sualina verəcək bir cavab tapmalısınız. Cavabınız yoxsa, hər şey boş.


EdiT By:Bash _BeLasi ッ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.