Kaş...

03 Şubat 2016
1 402
2
Kaş...
Kaş...

"Yazmaq asan iş deyil.Heç çətin də deyil.Əvvəl nə yazırdın,yadına düşür?Mütləq yadınadır.Bir 12 vərəq dəftəri öyrənməkdən daha çox müəllimin qorxusuyla qarın-qarına yazdığın hərflərlə doldurardın.Sonra qorxun keçdi.Axı artıq yazmağı bilirdin və böyümüşdün də..Başladın çalışmaları,ev tapşırıqlarını yazmamağa.. Onun yerinə dərsdə dəftərinə yekəbaş,çəpgöz,qulaqları əyri,dişlərini mişara oxşatdığın insanvari varlıqlar çəkməyə...Arada bir yenə əlin dinc dayanmırdı..Yenə nəsə yazırdın.Ya bir ürək çəkib içinə O`nun adını yazardın,ya da O yoxdursa sevdiyin qrupun adını yazıb başlayırdın qıraq bucağını bəzəməyə.. Və ya mənim kimi qanadlı skelet başları çəkib altından yekə-yekə Mələk yazardın...
Beləcə günlər səhnəni aylara,aylar illərə verdi.Ali təhsil..gəldi. Deyəsən.böyümüşdün.Sənə professorlar,alimlər dərs keçməyə başlayanda belə hiss etdin.Hərəsi yeni bir şeydən danışırdı.Yeni düşüncə tərzləri,həyat təcrübələri səni daha dərin düşünməyə məcbur edirdi.Artıq təkcə meşəni yox,ağacları da görməyi öyrənirdin.Bu günə qədər oxuyurdun.Nəysə yazmağa əlin gəlmirdi.Elə ki yazmaq istəyirdin tez bir mahnıya ya da kitaba qaçırdın.Deyəsən,hələ də müəllim qorxusuyla yazmaq başında qalmışdı.Hərənin bir qorxusu vardı.Səninki də yazmaq qorxusu imiş...
Yazılası sözün çox idi..Bilmirdin niyə?...Axı istəsən kimsə sənə qulaq asa bilərdi.Yox!Sən bunu da istəmədin.
Və bir gün sən qorxunla üzləşməyi qərara aldın..Mürəkkəbini yarıladığın qələmi və ilk səhifəsini açıb örtməkdən üz qabığını qopardığın spirallı dəftəri götürdün .Bir qələmin ucuna baxdın,bir də güzgüdəki əksinə...Öz-özünə "yaz!O dəftərə nə istəyirsən yaz " dedin.Sonrasını xatırlamırsan.Yadında qalan tək şey masanın arxasında oturub böyük bir acgözlüklə yazdığın sətirlər idi.....
" həmişə olduğu kimi yenə öz-özünə danışırdı.Hamı da öyrəşmişdi bu sözlərə.Heç kəs etiraz da etməzdi.bu sözlərə susanların da özlərinə görə səbəbləri vardı... Birinci səbəb onun əllərinin olmaması idi.Qəzadan sonra hər iki qolunu kəsmişdilər..Hərdən hətta "kaş ayaqlarım kəsiləydi"düşüncəsi də keçirdi içindən.Arada yanına gəlib onunla danışmaq istəyənlər olurdu.Amma hamıya o maskalanmış səsi ilə kobudcasına "yox" deyirdi.Heç kəs də incimirdi. .
Sonrakı bütün səbəblər birincinin üstündə cücərmişdi.
Hər gün,hər gecə hər saniyə,bir sözlə nəfəs aldığı hər an eyni şey arzu edirdi Kaş yaza biləydim.Son dəfə!.Olmadı!Yaza bilmədi...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Agaeva
    Çox sağolun Hekaye üçün
  2. allah bendesi
    teşekkurler paylaşim ucun ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.