Təqvasız kürəkən və əbədi od

22 Ocak 2015
2 102
0
Təqvasız kürəkən və əbədi od
Təqvasız kürəkən və əbədi od


Müqəddəs islam dini təqvalıları nə qədər tərifləyibsə, onun da müqabilində təqvasız, pozğun və fasiq şəxslərə qız verməyi qadağan edərək bu cür şəxslərlə evlənməyi əbədi bir bəla, od hesab etmişdir. Öz qızını fasid, qumarbaz, münhərif, şərabxor və s. kimi əxlaqi rəzilətlərə malik olan pozğun şəxsə ərə verən ata-ana həqiqətdə öz qızını evindən çıxarıb əbədi cəhənnəm əzabına düçar etmişdir. Hədislərdə varid olub ki, belə olan hallarda öz əziz qızını zina və fəsad evinə göndərmişdir. Çünki təqvasız kürəkən onun qızının başına hər bəlanı gətirə bilər.
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:
"Hər kəs öz qızını şərab içənə ərə versə, sanki onu zinaya tərəf sürükləmişdir.”
Həzrət başqa bir hədisdə buyurur:
"Hər kəs öz qızını fasid (əxlaqı pozğun) adama ərə versə, onunla (öz qızı ilə) qohumluq əlaqələrini kəsmişdir.”
İmam Sadiq (əleyhissalam) buyurur:
"Müəyyən şərtlər daxilində əgər imansız olan qızlarla evlənsəniz, bunun eybi yoxdur. Amma öz qızlarınızı imansız, təqvasız və Əhli-beytlə müxalif olan şəxslərə ərə verməyin. Çünki arvad ərinin əxlaq və tərbiyəsinin təsiri altına düşür və adətən kişilər arvadlarını öz dinlərini (əqidələri) qəbul etməyə məcbur edirlər.”
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:
"Hər kəs öz qızını fasiq şəxsə ərə versə, hər gün onun üçün min lənət nazil olar.”
Bu hədsilər Məsum rəhbərlərin kürəkən seçməkdəki kəlamlarını çatdırır və bildirir ki, onun təqva və dindarlığı üstün və fizilətli olmasının əsas meyarıdır. Onlar təqvasızlığı hər növ əxlaqi fəsad, inhiraf və bədbəxtliyin mənşəyi kimi təqdim edirlər. Əgər kürəkən təqvalı olsa, həyat yoldaşının hüquqlarına riayət edəcək, mənzil işlərində ona kömək edəcək, onun çəkdiyi zəhmətlərin qədrini biləcək, onunla gözəl əxlaq əsasında rəftar edəcəkdir. Amma təqvasız bir şəxs arvadın çəkdiyi zəhmətlərin qədrini bilmir; üstəlik o, həmişə öz mənafeyini nəzərə alır, özünün bütün məqsədləri də məhz bu əsasda cərəyan edir, həyat yoldaşına və övladlarına azacıq belə diqqət yetirmir. Təqvasız insan özünün və həyat yoldaşının şərəf, heysiyyət və fəzilətini nəzərə almır, həmişə nəfsani ehtiraslara, şəhvətlərə təslim olur.

Əziz oxucular hökmən bu cür şəxslərin nümunələrini görmüşlər və bilirlər ki, onlar necə həyat yoldaşına zülm edirlər, onların əxlaqını pozub inhirafa çəkirlər, şəxsiyyətini və heysiyyətini öz şəhvəti üçün oyuncağa çevirirlər, onun həqiqi mənəvi dəyərlərinə azacıq əhəmiyyət vermirlər, öz həyat yoldaşını elə yerlərə aparırlar ki, onun ailəsinin məsləhətinin əksinədir. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in "hər kəs qızını fasiq və şərab içənə ərə versə, onu zinaya vadar etmişdir” kəlamı da məhz bu məsələyə işarədir.
Bu fəslin axırında Həzrət Əli (əleyhissalam)-dan təqvanın ifa etdiyi rol barəsində bir hədisi qeyd edirik:
"Həqiqətən Allah qarşısında təqvalı olmaq–hidayət açarı, qiyamət günü üçün zəxirə (yol ehtiyatı), şəhvət və həvayi-nəfs zəncirlərindən azad olma səbəbi və həlakətdən, puçluqdan qurtuluş rəmzidir.”
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.