Sənə məktub var!

23 Ekim 2015
1 337
3
Sənə məktub var!
Sənə məktub var!
Sənə məktub var!

- Kimdən?
- ALLAHdan! Səni yaradandan!
- ALLAHdan?! ALLAH... mənə...
məktub göndərib?!
- Hə. Səni dəyərli bilib, səni İnsan
bilib sənə məktub yollayıb.
Bəlkə oxuyub özünü tanımaq
istəyəsən, kim olduğunu, nədən
yaradıldığını...
Niyə yaradıldığını biləsən deyə
sənə məktub göndərib...
Özünü tanımaq istəyən, özünə
hörmət edən hər kəs, ALLAHın
ona ünvanladığı bu məktubu -
Qur'anı oxuyur.
- Orda başqa nə yazılıb?
- Al, özün oxu...

Sənə məktub var!


Oxu!
Rəbbinin adı ilə oxu!
“OXU!” Bu Qur'anın ilk əmridir.
“DÜŞÜNMƏZMİSİNİZ?” Bu isə
Qur'anın əsəs sualı...
Oxu və düşün! Bu ALLAHın
insanlığa ünvanladığı dəyişməz
əmridir...
Oxu, düşün ki, seçə biləsən.
Axirətini başqaları deyil sən özün
təyin et...
Unutma ki, sənin əvəzinə
düşünənlər sənin istiqbalını deyil,
öz mənfəətlərini güdürlər...
Heç kimə imkan vermə ki, səndən
istifadə etsin...
“Mən oxuya bilmirəm” demək
şansın yoxdur...
Elm, insanın fitrətinə qoyulub.
ALLAH İnsanı yaratdı, ona elmi
verdi və bundan sonra
mələklərdən ona səcdə-itaət
etməyi tələb etdi...
İblis isə bu itaətdən imtina etdi
və beləcə də İnsanın Əbədi
düşməni oldu...
Düşmənçiliyi insan deyil, İblis
başlatdı. Ona görə də İnsanın
İblislə atəşkəs elan etmək şansı
yoxdur...
Qiyamətə qədər sürəcək bir
savaşda rəqiblərdən biri olmağa
məhkumdur...
Qalib gəlmək və təslim olmaq isə
istəyindən asılıdır. İradəsi ilə öz
seçimini edir...
Döyüşdə qalib gəlmək istəyən
əsgər komandirin bütün
təlimatına uymalıdır.
ALLAH “Oxu!” deyə səninlə
danışmağa başladı.
Sən Oxumaqla ALLAHı dinləməyi
öyrəndin.
Sən Oxumaqla düşünməyi,
seçməyi, qərar verməyi, yolunu
təyin etməyi... öyrəndin.
Quran düşünməyənlərə ölü deyir!
“Onlar ölüdür! Sən onlara eşitdirə
bilməzsən!”

Sənə məktub var!

ALLAH yolunda öldürülənlərə
(şəhidlərə) diri deyən Quran
düşünməyənlərə ölü deyir.
Ölünün və dirinin əsl tərifini
ALLAH verir.
Oxu ki, anlaya biləsən.
Oxu ki, anlaşıla biləsən
Oxu ki, yaşaya biləsən.
Oxu ki, xilas olasan. İblisin
başlatdığı savaşda qalib gələsən.
Oxu ki, düşünəsən. Yəni İNSAN
olasan.
Oxumasan Azacaqsan. Darvin
kimi, meymundan adama
çevrildiyini düşünüb təqlidçilik
edəcəksən.
"Siz ey iman edənlər! Özünüzü və
ailənizi odunu daşlar və insanlar
olan atəşdən qoruyun!"

Sənə məktub var!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SindireLLa
    Allah razi olsun oxudum axira kimi cox gozel idi. teşekkürler. love
  2. AleDa
    • AleDa
    • 23 Ekim 2015 19:23
    Sona qeder oxudum.. Dını xeberlerın coxlugu menı cox sevındırır. Oxuduqca oxumaq ısdeyırem. Allah razı olsun..
  3. -Aydan-
    -Nə gözəl məqalədir ilk dəfədi belə məqalə gördüm..
    -Allah razı olsun..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.