Böyük günahlar

23 Şubat 2016
1 895
3
Böyük günahlar
Böyük günahlar

Böyük günahlar

İmam Sadiqin (ə) hədisindən:

İmam Kazim (əleyhissalam) buyurur: Əmr ibni Übeyd İmam Sadiq (əleyhissalamın) hüzuruna gəlib salam verdi və bu ayəni oxudu:
«Yaxşı insanlar böyük günahlardan və çirkin əməllərdən qorunmalıdırlar». Sonra sükut edib ayənin davamını oxumadı. İmam ona buyurdu: Nə üçün sükut etdin?
O dedi: Qur’anda bu günahların sayını bilmək istəyirəm.
İmam buyurdu: Bəli, ey Əmr (eşit):

1. Ən böyük günah Allaha şərik qoşmaqdır. Ona görə Allah-təala buyurmuşdur:
«Hər kəs Allaha şərik qoşsa Allah behişti ona haram edər.»

2. Ondan sonra Allahın rəhmətindən ümidsiz olmaq ən böyük günahlardan sayılır:
Necə ki, Allah-təala buyurmuşdur:
«Kafirlərdən başqa heç bir kəs Allahın rəhmətindən ümidsiz olmaz.»

3. Allahın rəhmətindən ümidsizlikdən sonra ən böyük günah insanın həmişə Allahın əzabından amanda olacağını güman etməsidir. (İnsan həm Allahın rəhmətinə ümidli olmalı, həm də Allahın əzabından qafil olmamalıdır). Allah-təala Qur’anda buyurur:
«Yalnız ziyana uğrayanlar, Allahın məkrindən amanda qalacaqlarına inanarlar».

4. Böyük günahlardan biri də ata və ananın üzünə ağ olmaqdır: Elə bu səbəbdən Allah-təala ata-anasına əziyyət verən şəxsi güclü, lakin bədbəxt bir insan kimi tanıtdırır.

5. Adam öldürmək; (İstisna olunmuş hallardan başqa). Allah-təala buyurur:
«Hər kəs bir mö’mini qəsdən öldürsə, cəzası cəhənnəm olacaq və orada əbədi qalacaq. Allah ona qəzəb edəcək, lə’nətləyəcək və onun üçün ağır əzab hazırlayacaqdır.»

6. İffətli bir qadını zinakar kimi qələmə vermək. Allah-təala buyurur:
«Zinanı ağıla belə gətirməyən ismətli qadınları zinada ittiham edən kimsələr, dünyada və axirətdə lə’nətə gəlmişlər».

7. Yetimlərin malını yemək: Qur’anda belə şəxslərin haqqında oxuyuruq:
«Yetimlərin malını haqsızlıqla yeyənlər yalnız qarınlarına od doldurar və tezliklə cəhənnəm atəşində yanacaqlar».

8. Cihad (din yolunda müharibə) cəbhəsindən qaçmaq. Belə ki, Allah-təala buyurur:
«Bir tərəfə çəkilib təkrar döyüşmək, yaxud (başqa bir) dəstəyə qoşulmaq məqsədilə yox, sadəcə qorxudan geriyə çəkilənlər (cəbhədən qaçanlar) Allahın qəzəbinə tutularlar. Cəhənnəmdir onların yerləri və ora necə də pis yerdir!»

9. Faiz yemək. (sələmçi olmaq) Bu barədə Allah-təala buyurur:
«Faiz yeyənlər (sələmçilər) məhşər ayağında şeytanın toxunub yerə yıxdığı adamın qalxdığı kimi ayağa qalxarlar».

Böyük günahlar

10. Sehr və cadu etmək. Qur’anda sehr haqqında belə oxuyuruq:
«Onlar bilirdilər ki, onu (cadunu) alan şəxsə Qiyamət günü heç bir mənfəət çatmayacaq.»

11. Zina. Belə ki, Allah-təala buyurmuşdur:
«Hər kəs bunu (zinanı) etsə, o, günaha batmış olur. Qiyamət günü bu cür şəxsin əzabı qat-qat artar və cəhənnəm içində alçalaraq əbədi olaraq qalar».

12. Günah üçün yalandan and içmək. Rəbbimiz buyurur:
«Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət ne’mətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları (günahlarından) pak etməz (təmizə çıxarmaz). Onları şiddətli bir əzab gözləyir!»

13. Müharibə zamanı müsəlmanların ələ keçirdiyi qənimətə xəyanət etmək. (Ona görə ki, bu qənimət orada iştirak edən müsəlmanların arasında bölüşdürülməlidir.) «Ali-imran» surəsinin 161-ci ayəsində oxuyuruq:
«Heç bir peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən şəxs, qiyamət günü xəyanət etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr. Sonra isə hər kəsə gördüyü işlərin əvəzi verilər və onlara haqsızlıq edilməz!»

14. Vacib olan zəkatı verməkdən boyun qaçırmaq. Allah-təala buyurur:
«Cəhənnəm odunda qızaran bu qızıl-gümüş ilə onların alnı, böyrü, beli dağlanan gün onlara deyəcəklər: «Özünüzə yığdığınızdan dadın!»

15. Yalandan şəhadət vermək və habelə özünün şahid olmasını inkar etmək (yə’ni əgər bir şəxs müəyyən bir hadisənin şahidi olubsa, məhkəmə zamanı özünün şahid olmasını inkar etmək). Bu barədə Qur’anda oxuyuruq:
«Hər kəs gördüyünü (məhkəmə zamanı) gizlətsə onun qəlbi günahkardır».

16. «Ey iman gətirənlər! Şərab (içki), qumar, bütlər, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!» («Maidə» surəsinin 90-cı ayəsində bu mətləbə işarə olunmuşdur.)

17. Bilərəkdən Allahın insanlara vacib etdiyi əməlləri, o cümlədən namazı tərk etmək. Çünki İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) buyurur:
«Hər kəs bilərəkdən namazı tərk etsə, Allahın və Onun Peyğəmbərinin (s) əhd-peymanından bizar olmuşdur.»

18-19. Əhdə vəfa qılmamaq və yaxın qohum-əqrəba ilə rabitəni kəsmək. Allah-təala «Furqan» surəsinin 25-ci ayəsində bu məsələlər haqqında buyurur:
«Onlar (əhdə vəfa qılmayanlar və qohumluq rabitəsini pozanlar) üçün lə’nət olsun və onların axirətdə yeri çox pisdir».

Bu hədisi rəvayət edən şəxs deyir: İmam Sadiq (ə) bura çatanda Əmr ibn Übeyd imamın sözlərinin tə’sirindən ağlayıb nalə çəkən halda oranı tərk etdi. Lakin gedərkən dilində bu cümləni təkrar edirdi:
«Həlak olsun o şəxs ki elmi olmadan nəzər verə; və həlak olsun o şəxslər ki, siz imamlarla elm və fəzilətdə üzbəüz dura» (yə’ni həlak olsun sizin düşmənləriniz).

Böyük günahlar


Mənbə: “Günahşünaslıq” kitabı
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Bella
    • Bella
    • 23 Şubat 2016 22:17
    Onsuzda bu dünyada hər kəsin günahı var. Əsas odu xəbərdə qeyd olunduğu kimi böyük günahlar etmeyek. Allah razı olsun. Maraqlı və ibrətli xəbərdir. Təşəkkür)
  2. Şaki
    • Şaki
    • 23 Şubat 2016 19:49
    Allah razi olsun
  3. allah bendesi
    bilirdim yeniden yaddaşimi yenilemeyime vesile oldun bacican ALLAH Razi olsun ellerine sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.