Şahin İlqar - "Vəfasızlar Unudulmur"

26 Ocak 2018
5 717
0
Şahin İlqar - "Vəfasızlar Unudulmur"

Mən səni gedəndən öldü bilirdim,
Qəlbimsə yaşadıb səni var kimi.
Mənim xoşbəxtliyim yollarda qaldı,
Ünvansız yazılan məktublar kimi.

Səni harda gəzim, harda axtarım?
Bu yollar uzundur, sonu bilinməz.
Sənintək o qədər vəfasız var ki,
Vəfalı kimidir, donu bilinməz.

Niyə səni düşünürəm hər zaman,
Ürək sənsiz ovudulmur, nədəndir?
Vəfalılar heç düşmədi yadıma,
Vəfasızlar unudulmur, nədəndir?

Səni qürurum da silə bilmədi,
Hər ölən ümidin göz yaşı varmış.
Sən elə bilirsən çıxıb getmisən,
Hər keçən günün də yaddaşı varmış.

Sən yuxusuz gecələrin səbəbi,
Gözlərimdə xumarlanan kədərsən.
Hardan biləydiki yazıq ürəyim,
Bir gün onu sənsiz qoyub gedərsən...


Şahin İlqar

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.