Əsgərin nakam sevgisi....

14 Ocak 2015
9 705
0
Əsgərin nakam sevgisi....
Əsgərin nakam sevgisi....


Gözümə baxırsan,baxışın soyuq.
Elə bil soyuyub buza dönmüsən.
Yox sən,o deyilsən,o qız deyilsən.
Dəyişib,başqa bir qıza dönmüsən...


Bu baxış,bu gülüş səninki deyil,
Dəyişib baxışın,gülüşün sənin.
Sən qoyub getdiyim o qız deyilsən,
Başqaydı ömrümə gəlişin sənin...


Sən belə deyildin biz ayrılanda,
Söylərdin hər zaman özləyəcəksən.
Məni əsgərliyə yola salanda,
Demişdin yolumu gözləyəcəksən...


Deyirdin xidmətdən sən qayıdanda,
Artıq olacağam həyat yoldaşın.
"Qayıtsan sevincdən ağlayacağam",
Demişdin...Bəs indi hanı gözyaşın?..


İndi dodağında saxta təbəssüm,
Soyuq baxışında başqa məna var.
Mənimlə görüşə gəlməyində də,
Kim bilir,ne böyük bir təmənna var...


Hələ son öpüşün xatirimdədi,
Əlimin qoxusu qalıb telində.
De görüm hardandı o qızıl üzük,
Bir zaman mən tutan o sol əlində?..


Demişdin yolumu gözləyəcəksən,
İndisə deyirsən bu mümkün deyil.
Mən vətən qorudum bir il,əzizim,
Sən qorumadın "o qızı" bir il..
.

R.t.Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.