Sadə badımcan salatı resepti

03 Temmuz 2015
4 284
0
Sadə badımcan salatı resepti
Sadə badımcan salatı resepti
Tərkibi:
Badımcan- 1kq
Sarımsaq-5 diş
Göyərti-1 dəstə
Sirkə-0,5 xörək qaşığı
Duz-istiot
zeytun yağı

Hazırlanması:
Badımcanı yuduqdan sonra qabığını təmizləyib doğramaq lazımdır.
Sonra yaxşı-yaxşı duzlayıb qarışdırdıqdan sonra 1-2 saat gözləyirik.
Bu zaman sarımsağı təmizləyib xırda-xırda doğrayırıq.
Əlbəttə ki, sarımsaq zövqünüzə görə arta və azalada bilərsiniz.
Göyərti isə sevdiyiniz hər hansı göyərti ola bilər. Məsələn: şüyüd və ya cəfəri.
Bir qazana su və sirkə əlavə edib qaynamağını gözləyirik. Su qaynadıqda badımcanı əlavə edib 5 dəqiqə qaynadırıq.
Badımcan ilıq halda olduğu zaman sarımsaq və göyərtini əlavə edib qarışdırırıq.
Sonra da üzərinə zeytun yağı əlavə edirik. Salatımız hazırdır.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.