Trayfl

18 Temmuz 2015
1 113
0
Trayfl
Trayfl
Ənənəvi trayfl - bütün layları görünsün deyə şəffaf qabda hazırlanan desertdir.

Trayflın keks layına alkoqollu içki hopdurulmalıdır. Amma başqa ətirli şərbətlə (meyvə şirəsi ilə) də əvəz etmək olar.

Tərkibi:

500 q şokoladlı keks
0,5 st. kirş, yaxud digər likör (biskvitə hopdurmaq üçün, meyvə şirəsi ilə əvəzləyə bilərsiz)
600 q çalınmış qaymaq
600 q bişmiş krem
300 q gilas
300 q nektarin (şaftalı)
300 q ərik


Gilası təmizləyin (orijinal reseptdə üzərinə alkoqol tökülməlidir, limonlu şirə ilə əvəzləyə bilərsiniz).

Ərik və nektarinləri ortadan bölüb dənəsini çıxarın, səliqəylə dilimləyin.

Keksi tərəfi 2 sm olan kubiklərə doğrayın.

Vazanın dibinə keks kubiklərinin yarısını döşəyin. Gilası içində saxladığınız şərbəti üzərinə gəzdirin.

Çalınmış qaymaq çəkin.

Ərik dilimlərini düzün.

Bişmiş krem çəkin.

Nektarinləri düzün.

Çalınmış qaymaq çəkin.

Trayflın üst qatına gilası düzün.

Soyuducuda 2-3 saat saxlayın.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.