Qaraciyər oladiləri

01 Aralık 2015
1 028
1
Qaraciyər oladiləri
Qaraciyər oladiləri

Tərkibi:

700 q toyuq qaraciyəri
1 baş soğan
2 yumurta
45 q un
göy soğan
duz
istiot
1 l süd

göbələk sousu:

300 q şampinyon
6 x.q. qaymaq
duz
istiot
yağ

Hazırlanması:

Qaraciyəri təmizləyin. Daha yaxşı dadı olsun deyə qaraciyəri 3 saat süddə islatmaq olar.

Xırda doğranmış baş və göy soğanı, qaraciyəri blenderdə eynicinsli kütlə alınanadək xırdalayın. Yumurta, un vurub qarışdırın.

Tavanı yağlayın, içinə dəmir halqa formalar qoyun. İçinə alınan qarışıqdan töküb bişirin. Bir üzü qızaranda halqanı çıxarın, oladinin o biri üzünü çevirin. Hazır oladiləri boşqaba yığın.

Göbələk sousu: göbələyi doğrayın, yağda qızardın, bir qədər qaymaq töküb qapağını örtün, suyu quruyanda duz-istiot vurub ocaqdan götürün.

Oladiləri həmçinin kartof püresi ilə də süfrəyə verə bilərsiniz.


Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. AleDa
    • AleDa
    • 1 Aralık 2015 22:51
    Gesey gorunurler..Tesekkurler..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.