İdeal keks bişirməyin qızıl qaydaları

07 Şubat 2016
2 870
0
İdeal keks bişirməyin qızıl qaydaları
İdeal keks bişirməyin qızıl qaydaları

Yumşaq, köpmüş və diş-diş olan keks bişirmək hamının arzusudur. Amma çox vaxt nəticə ürəkaçıcı olmur.

Bir çox xanım xırda səhvlərə yol verərək əziyyətini və ərzaqları heyif edir. Keksin yaxşı çxması üçün bir neçə qaydaya əməl etmək lazımdır.


• Bütün ərzaqlar otaq temperaturunda olmalıdır. Keks bişirmək planınız varsa ərzaqları 2-3 saat öncədən soyuducudan çıxarın. Yoxsa keks köpməz. Əgər işiniz tələsikdirsə və ərzaqlar soyuqdursa, yumurtaları ilıq suya qoyaraq, yağ və südü (qatığı) isə mikrodalğa sobada 20-25 saniyəyə otaq temperaturuna gətirə bilərsiniz.

• Yumurta və şəkər tozunu mikserin ən yüksək gücüylə, çox çalmalısınız. 5-7 dəqiqədən az olmasın. Tamamilə qaymaq kimi olsun. Şəkər tozu tam həll olunsun. Mikser qabın dibində şəkər tozuna dəyib xırçıltı səsi çıxarırsa, çalmağa davam edin. Şəkər tozu tam həll olunmasa xəmirdə sarı nöqtələr görəcəksiniz.

• Çalınmış yumurta və şəkər tozuna duru yağı və südü sıra ilə damcı-damcı tökməlisiniz. Mikserin gücünü ən aşağıya salın. Ən yavaş güclə damcı-damcı tökdüyünüz südü və yağı ehmalca çalın. Qaymağımsı görüntü pozulmamalıdır.


• Unu qabartma və vanillə qarışdırın. Mütləq ələyin. Az-az ələyib mikserlə deyil, çırpacaqla qarışdırın. Unu birdən tökməyin, qarışdırmaqda çətinlik çəkərsiniz. Unu ehmalca və tam qarışdırın. Köpüyü söndürməyin. Qətiyyən çırpacağı qabın kınarına çırpmayın. Hava qabarcıqları sönər. Keks köpməz.

• Sobanı əvvəlcədən qızdırın, amma 180-200 dərəcə deyil. Çox isti olsa keks yaxşı qabarmaz. 150 dərəcə olsa kifayətdir. Keksi qoyanda 180 dərəcəyə qaldırın.

• Yumurtanız broyler olsa daha yaxşı köpər. Ununuzun keyfiyyəti də keksin yaxşı alınmasında önəmlidir.



Bunlara dəqiqliklə əməl etsəniz, keksiniz mütləq yaxşı alınacaq!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.