KFC toyuqları evdə

18 Aralık 2016
3 483
0
KFC toyuqları evdə
Ləvazimatlar
2 su stəkanı un
1 ədəd toyuq
2/3 yemək qaşığı duz
1/2 yemək qaşığı kəklik
1/2 yemək qaşığı reyhan
1/2 yemək qaşığı tərəvəzli duz
1 yemək qaşığı qara bibər
1 yemək qaşığı toz xardal
4 yemək qaşığı qırmızı bibər
2 yemək qaşığı sarımsaqlı duz
1 yemək qaşığı zəncəfil
1 su stəkanı yarım yağlı krem
1 ədəd çırpılmış yumurta
1 su stəkanı maye yağ

Hazırlanması


Bir qabın içində ədviyyatları və unu qarışdırın. Başqa bir qabda krem və çırpılmış yumurtanı qarışdırın. Toyuğu kiçik parçalara ayırın, kremli qarışığın içində təxminən 20-30 dəqiqə gözlədin.

Toyuqları çıxarın, üzərindəki artıqların süzülməsi üçün bir az gözlədin. Daha sonra parçaları ədviyyatlı una bulayın, silkələyin. 20 dəqiqə daha gözlədin.

Toyuqlar istirahətdə olanda yağı hazırlayın. Dərin və qalın bir qazana yağı tökün. Yağın hündürlüyü 7-8 sm olmalıdır.

Yağı orta istilikdə qızdırın, gözlətdiyiniz toyuq parçalarını yalnız bir dəfə çevirərək, qızıl qəhvə rəngi olana qədər 15 dəqiqə qızardın.

Qızarmış toyuqları kağız salfetə üzərinə alın, yağını buraxdıqdan sonra servis edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.