Sehrli Pirojna - RESEPTİ

Bu desert bişən zaman sobada öz özünə 3 laya ayrılır, sanki bir sehr baş verir. Odurki adı burdan irəli gəlir.
Bu desertin sadə vanillisi də var, kakaosuz, ancaq mən şokoladı sevdiyim üçün bu varianta üstünlük verirəm.
Desert əvvəlvə soyuq sobaya göndərilir, sonradan soba işə salınır. Odurki əvvəldən sobanı yandırmayın
Lazım olan ərzaqlar:
500 ml süd (2 st)
125 qr kərə yağı
150 qr şəkər
4 iri yumurta
85 qr un (5 dolu y.q.)
25 qr kakao (1dolu y.q.)
1 cimd duz
Hazırlanması:
1) yağı əritmək və ilınmasını gözləmək.
2) un və kakaonu əvvəldən ölmüb hazırlamaq, duz vurmaq.
3) deserti bişirəcəyiniz qadı yağlamaq və unlamaq.
4) yumurtaların ağını sarıdan ayırmaq. Ağı bir cimd.duzla möhkəm çalmaq, qabı tərs çevirəndə tərpənməsin.
Bunu qoyuruq kənara. Ancaq unutmayın ki çalınmış yum.ağını çox saxlamaq olmaz, köpü sönər yoxsa. Odurki bundan sonra cəld hərəkət edin.
Sarıya şəkər vurmaq və ağaranadək çalmaq. Un, kakao ələmək, qarışdırmaq.
Hissə-hissə ərinmiş yağı, südü tökmək, qarışdırmaq.
Duru xəmir alınır. Qaba tökmək və soyuq sobaya qoymaq. 150 t çalışdırmaq və 50 d bişirmək.
Ortasına quru çöp salın, quru çıxarsa hazırdır.
Sobadan alın, ancaq kəsməyin. Birtəhər nəfsinizi saxlayın, tam soyusun, sonra kəsin.
insta: azerifoodie