Amaretti peçenyesi resepti

Amaretti peçenyesi resepti
Tərkibi:
2,3 st. badam
0,6 st. şəkər tozu
2 yumurtanın ağı
1/4 ç.q. duz
1/4 ç.q. vanil ekstraktı
0,5 ç.q. badam ekstraktı
15 gilənar

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın.

2 sinini yağlayıb perqament döşəyin.

15 ədəd badamı ayırın, qalanını şəkər tozunun yarısı ilə kombaynda xırdalayın.
Mikserdə yumurta ağlarını duzla möhkəm çalın, tədricən şəkər tozunun qalanını əlavə edin. Yaxşıca çalandan sonra badamlı qarışığı, vanil və badam ekstraktlarını əlavə edin.

Xəmirdən xırda kündələr tutun. Azca yastılayın, hər birinin ortasına ya gilənar, ya da bütöv badam basın.

25 dəqiqə, qızılı rəng alanadək bişirin. Bişdikdən sonra 5 dəqiqə formada soyudun, sonra isə qaba düzün.

Bu peçenyeni bir neçə gün soyuducuda, bir neçə həftə isə dondurucuda saxlamaq mümkündür. Soyuducuda saxladıqdan sonra süfrəyə verəndə sobada qızdırın.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.