Yeni il tortu Resepti

Yeni il tortu Resepti
Ərzaqlar
2 yumurta

1 su stəkanı şəkər

1 çimdik duz

100 qram xama

2 su stəkanı un

Yarım paçka qabartma tozu

1 paçka vanil


Krem üçün:

200 qram xama

1 su stəkanı şəkər

100 qram kəsmik

1 paçka südlü şokolad

Bəzək üçün

Rəngli konfet

Hazırlanması
Xəmiri hazırlamaq üçün yumurtanı şəkər və duz ilə mikserlə çalın.
Üzərinə 100 qram xama və qabartma ilə qarışdırılmış unu, vanili əlavə edin.
Qatı xəmir alınmalıdır.
Onu iki hissəyə bölün və yolka formalı selikon qaba tökün.
Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada qızılı rəng alana qədər bişiririn.
Kremi hazırlamaq üçün şəkər, xama və kəsmiyi qarışdırın.
Şokoladı əridib xəmirin üzərinə çəkin və sonra kremləyin.
O biri xəmiri də bu qayda ilə kremləyib bir-birinin üstünə qoyun.
Üstünü rəngli konfetlər ilə bəzəyə bilərsiniz.
1-2 saat soyuducuda saxlayın.
Soyuduqdan sonra yeni il tortu servisə hazırdır.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.