Kəsmikli-Moruqlu Piroq

Kəsmikli-Moruqlu Piroq
Ərzaqlar

100 qram kərə yağı

1 yumurta

50 qram şəkər

220 qram un

1 paket qabartma tozu


İçlik

400 qram kəsmik

100 qram xama

80 qram şəkər

1 paket vanil

20 qram nişasta

2 yumurta

250 qram moruq


Hazırlanması

xəmiri hazırlamaq üçün yağı, şəkəri və unu blenderlə çalırıq. Sonra yumurta və qabartmanı əlavə edib xəmiri hazırlyıyıq.

21 sm ölçülü soba qabına qida kağızı qoyun və xəmiri əllə qaba elə yerləşdirin ki, qabın divarları da bağlansın. Xəmiri bir neçə tərəfdən çəngəl ilə deşin və soyuducuya qoyun.

İçliyi hazırlamaq üçün kəsmik, vanil, nişasta və xamanı blendrlə çalın. Yumurta ilə şəkəri ayrı qabda mikserlə çalın və kəsmiyli qarışığa əlavə edin.

Moruqları əvvəlcədən yuyun və içliyə əlavə edin.

Xəmiri soyuducudan götürün və hazırladığınız içliyi ora əlavə edin.

Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 50-60 dəqiqə bişirin.


Nuş Olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.