Ananasli kakos keksi - Resepti
3 yumurta
1 stəkan şəkər tozu
yarım stəkan duru yağ
1 stəkan süd
2,5 stəkan un
yarım stəkan kakos
1 paket qabartma tozu
1 ədəd ananas
Hazırlanması:
Dilimlədiyiniz ananastan 5 parça ayırın, 1 stakanı dolduracaq qədərini kubik şəklində doğrayın. 3 yumurtanı 1 stəkan şəkər tozu ilə qar kimi ağaranadək çalın. Qabaran yumurtaların içinə 1 stəkan süd ve yarım stəkan duruyağı əlavə edib çalmağa davam edin. Bu qarışımlar tam olduqdan sonra kakos və unu əlavə edib çalın. Son olaraq qabartma tozu ve kubik şəklində doğradığınız ananasları əlavə edib 1 dəqiqə daha qarışdırın. Keks listinizi yağlayın, keksin xəmirini listə tökün. Üzerinə dilimlediyiniz 5 parça ananası qoyaraq 180 dərəcədə öncədən isidilmiş sobada 30 dəqiqə bişirin.
Nuş Olsun!