Şəkərsiz əncirli kurabiyə - Resept

Şəkərsiz əncirli kurabiyə - Resept
Şəkərsiz əncirli kurabiyə bişirmək istəyirsiniz?

Lazım olan ərzaqlar:
2 yumurta
4 yemək qaşığı zeytun yağı,
2,5 su stəkanı yulaf unu,
1 su stəkanı iri -iri doğranmış fındıq,
10 ədəd quru əncir,
2 yemək qaşığı quş üzümü,
1 paket qabartma tozu,

Hazırlanma qaydası:
Quru əncirləri 3-4 saat yumuşalana qədər isti suda saxlayın.
2 yumurta və zeytun yağı köpük- köpük olana qədər çırpın.
Yumurta və zeytun yağı qarışımının içərisinə yulaf unu, doğranmış fındıq və qabartma tozu əlavə edin.
Xəmir kurabiyə xəmiri kimi olana qədər yoğurun.
Ən son kiçik-kiçik doğranmış əncirlər və quş üzümünü də qarışıma əlavə edərək qarışdırın .
Əllərinizi bir az su və ya yağ ilə isladılaraq qoz böyüklüyündə kurabiyələr hazırlayın.
160 dərəcə qızdırılmış fırında üzəri qızarana qədər bişirin.
Bişdikdən sonra fırından çıxardaraq soyumaya qoyun.
Tamamən soyuduqdan sonra şüşə bir saxlama qabına yığın.
Həm soyuq, həm də isti halda servis edə bilərsiniz.
Ən çox soyuq halında servis edilir.

Nuş olsun!
1001dad.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.