Açma puaça - Resept
Sizlərə çay süfrələrinizdə, yolçuluğa çıxdığınız vaxtlarda bu ləzzətli puaçaları sizlərə tövsiyyə edərdik.
Açma puaça üçün bir porsiya hazırlayıb içərisinə qoyacağınız pendir, şüyüd və ya cəfəri kimi tərəvəzlərlə puaçanızı daha da ləzzərləndirə bilərsiniz.
Ayrıca açma puaçanı hazırlayarkən uzun zaman xəmiri yoğurub yorulmazsınız.
Puaça xəmirini hazırlayıb açmaya oval şəkli verin.
Bişirdikdən sonra çayı dəmləyib, isti puaçalarınızı sevdikləriniz ilə paylaşa bilirsiniz.
Açma puaçalar üçün sizi mətbəxə , una bulanmaya dəvət edirik.
Neçə nəfərlik:
6 nəfərlik,
Hazırlamna zamanı:
20 dəqiqə,
Bişirmə zamanı:
30 dəqiqə
Lazım olan ərzaqlar:
3 şorba qaşığı şəkər,
1 su stəkanı duru yağ,
3 su stəkanı ilıq süd,
2 yumurta,
1,5 şirniyyat qaşığı duz,
1 paket maya,
8 su stəkanı un,
1 çay qaşığı çörək otu
Hazırlanma qaydası:
Fırını əvvəlcədən 200 dərəcə qədər qızdırın.
İsitmiş olduğunuz fırın sinisinə yağlı kağız sərib bir kənara alın.
Bütün ərzaqlar otaq temperaturunda olmalıdır.
Dərin bir qaba ilıq süd və şəkəri alıb qarışdırın.
Ardından mayanı əlavə edib qarışdırın.
Mayanın qabarması üçün bir az gözləyin.
Mayalı qarışıma duru yağı, yumurtaları (1 dənəsinin sarısını üzərilərinə sürtmək üçün ayırın.) və duzu əlavə edərək qarışdırın.
Unu isə az-az əlavə edərək yoğurmaya başlayın ortalama 8 stəkan qədər un alır.
Yoğurduğunuz xəmir əlinizə yapışacaq halda qulaq məməsi bərkliyində bir xəmir olacaqdır.
Hazırladığınız xəmirin üzərini bir bezlə örtərək mayalanmasını gözləyin.
45 dəqiqəyə yaxın mayalandıqdan sonra xəmiri qozdan iri kündələr halında parçalara ayırın.
Dəzgahınıza bir az un sərpərək, əlinizlə çay nəlbəkisi böyüklüyündə xəmiri açın.
Rulon şəklində sarıyıb , sağını və solunu bükərək aypara şəklinə salın.
Yağlı kağız sərilmiş fırın sinisinə aralıqlarla düzün.
Üzəri üçün ayırdığınız yumurtanı sürtərək və çörək otu və ya küncüt səpərək , əvvəlcədən 180 dərəcə qızdırılmış fırında 25 -30 dəqiqə bişirin.
Üzəri qızarandan sonra fırından çıxardın.
Bişirdikdən sonra qəhvəaltı sofralarınızda isti halda servis edə biləırsiniz.
Nuş olsun!
1001dad.com