Qarğıdalı unlu və duzlu keks - Resept

Qarğıdalı unlu və duzlu keks - Resept
Qarğıdalı unlu və duzlu keks
Keçdiyimiz yaz günlərini xatırladan qarğıdalı dənəli nəfis bir keks pişirək.
Un yerinə qarğıdalı unu istifadə edən dadlı kekslərə alışmışsınız.
Ancaq bu dəfə hazırlayacağımız keks qarğıdalılı duzlu keks olacaqdır.

Qarğıdalılı duzlu keks tərifində nelər mi yer alır?
Qarğıdalı unu əsas ını təşkil edir bu keksin.
Qabartma tozu və yumurta isə dəstək olaraq bu ləzzətə ləzzət qatır.
Kərəyağı, qara zeytun, bişmiş qarğıdalı dənələrinin də dadındanda əsla vazkeçmək olmaz.
Bu keks çay süfrələrimizin baş tacı sayılır.

Lazım olan ərzaqlar:
2.5 su stəkanı un,
1 su stəkanı qarğıdalı unu,
1 paket qabartma tozu,
2 yumurta,
1 su stəkanı süd,
125 q kərə yağı.
5 ədəd qurudulmuş pomidor,
1 çaystəkanı bişmiş qarğıdalı,
Yarım çay stəkanı doğranmış qara zeytin,
Yarım su stəkanı rəndələnmişpendir,
1/4 dəstə doğranmış şüyüd,
1/4 dəstə doğranmışcəfəri,
3 ədəd doğranmış təzə soğan,
1 çay qaşığı duz,
1/2 çay qaşığı istiot

Üzəri üçün:
1 ədəd yumurta sarısı,
1 yemək qaşığı küncüd,

Hazırlanma qaydası:
Dərin bir kasaya qarğıdalı unu və buğda ununu ələyin.
Qabartma tozunuəlavə edib qarışdırın.
Ayrı bir kasada yumurtaları çırpın.
Üzərinə südü əlavə edərək qarışdırın.
Əridib ilıtdığınız kərə yağı, küp doğradığınız qurutulmuş pomidor, bişirilmiş qarğıdalı dənələri, doğranmış qara zeytin, rəndələnmiş pendir, incə -incə doğranmış göyərti, duz və istiotu da əlavə edərək yaxşıca qarışdırın.
Hazır xəmiri dörtkünc bir keks qəlibinə tökərək üzərinə çırpılmış yumurta sarısı sürtün və küncüd səpin.
Əvvəlcədən 180 dərcə qızdırdığınız fırında 30-35 dəqiqə bişirin.
Soyuduqdan sonra dilimləyərək servis edin .

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.