Çox Asan Hazırlanan, Yup-Yumşaq, Ləzzətli Qəlyanaltı Resepti - Video Resept

20 Mayıs 2019
1 443
0
Çox Asan Hazırlanan, Yup-Yumşaq, Ləzzətli Qəlyanaltı Resepti - Video Resept
Ərzaqlar:
600 qr. Kartof
2 ədəd lavaş
1 ədəd soğan
250 qr. Göbələk
1 diş sarımsaq
Duru yağ
İstiot, duz



Hazırlanması:
Qabığı soyulmuş kartof, qaynadılır, suyuna duz əlavə edilir.Bişdikdən sonra suyu süzülür, püre halına gətirilir.Tavaya duru yağ əlavə edilir, kub-kub soğan əlavə olunur.Soğan qızarmağa başladıqda, kub-kub doğranmış göbələk əlavə edilir, qızardılır.Sonda üzərinə xırda-xırda doğranmış sarımsaq, zövqə görə duz,istiot əlavə edilir.Sarımsağın ətri çıxanadək, 1 dəqiqə daha qovrulur, ocağdan götürülür.Kartof püresinə əlavə edilir, qarışdırılır.1-ci Lavaşın üzərinə içliyin yarısı əlavə edilir, nazik şəkildə yayılır.Üzərinə 2-ci lavaş yerləşdirilir.Üzərinə qalan içlik əlavə olunur, hər tərəfli yayılır. Rulet kimi bükülür.2-3 sm qalınlığında dilimlənir.Qızğın yağda, yüksək atəşdə dilimlərin hər iki tərəfi qızardılır.

NUŞ OLSUN!

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.