Kəpəkli çörək ilə pendirli yumurtalı sendviç

04 Kasım 2019
698
0
Kəpəkli çörək ilə pendirli yumurtalı sendviç
Lazım olan ərzaqlar:
100 q holland pendiri,
1 ədəd yumurta,
2 dilim kəpəkli çörək,
1 ədəd pomidor,
Xiyar turşusu,
1 x/q duru yağ,
duz,
istiot


Hazırlanma qaydası:

Əvvəlcə duru yağı tavaya əlavə edib yağı qızdırın.
Yağ qızdıqdan sonra yumurtanı yağın içinə sındırın.
Yumurta bişənə yaxın üzərinə duz və istiotu əlavə edib bişirin.
Sonra yumurtanın üzərinə holland pendirini əlavə edin.
Pomidoru , xiyarı nazik dilimlər halında doğrayın.
Tavanı qızdırın və çörək dilimlərini isti tavaya qoyun.
İsti çörək diliminin üzərinə doğradığınız pomidor, xiyar dilimini yığın və bişirdiyiniz yumurtanı , sonda isə holland pendirini əlavə edin.
Sonunda ikinci çörək dilimini hazırladığınız dilimin üzərinə qoyun. Hazır çörək dilimini iki hissəyə bölün.
Hər bir dilimə də kürdan taxın.

Nuş Olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.