Darçınlı Ponçiklər Resepti

21 Kasım 2019
860
0
Darçınlı Ponçiklər Resepti
Lazım olan ərzaqlar:
1 ədəd yumurta
1 stəkan süd
2,5 stəkan un
50 q kərə yağı
½ stəkan şəkər
2 paket vanil şəkəri
20 q qabartma tozu
1 ç.q. üyüdülmüş darçın
Bir çimdik duz

Hazırlanması:
Bitki yağı Üzərinə səpmək üçün: ½ stəkan şəkər 1 ç.q. darçın Bir qabda un, şəkər, vanil şəkər, qabartma tozu, darçın və duzu qarışdırın. Ortada yer saxlayın və ora çalınmış yumurta, süd və əridilmiş kərə yağını tökün. Xəmiri düzəldin, üzərinə plyonka örtün və 1 saat soyuducuda saxlayın. Xəmiri yayın, böyük stəkan ilə dairələr kəsin, qədəh ilə ortalarını kəsin. Qazanda yağı isidin, ponçiklirə bişirin, qızılı olanda salfetka üzərinə yerləşdirin. Bir paketdə şəkərlə darçını qarışdırın və ponçiklərin üzərinə səpin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.