Şokoladlı Brioş Resepti

19 Aralık 2019
1 133
0
Şokoladlı Brioş Resepti
Lazım olacaq ərzaqlar:
Un 350q
İsti süd 100 ml
Quru maya 1 paket
Yumurta 3 ədəd
Kərə yağı 70q
Şəkər 35q
Kakao 20q
Duz - bir çimdik Şokolad (xırda) 100q

Hazırlanması:

Quru mayanın üzərinə isti süd tökün, qarışdırın və bir neçə dəqiqəlik saxlayın. Bir kəsada unu şəkər, duz və kakao ilə qarışdırın. Əvvəlcədən əridilmiş yağı və südü əlavə edin. Yumurta əlavə edib xəmiri yoğurun. Sonda şokoladı əlavə edin, asta-asta qarışdırın. Xəmiri dəsmal ilə örtün və bir saatlıq saxlayın. Xəmiri 8 yerə bölün və kürəciklər düzəldin. Keks üçün formaya düzün onları, üzərinə yenə dəsmal örtüb bir saatlıq saxlayın. 180 dərəcəyə qədər isidilmiş sobada 20 dəqiqə bişirin.

Nuş olsun!
Mənbə:chef_culinary_az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.