Çox Dadlı Xurmalı Keks Resepti
1️⃣ 1 yumurta
2️⃣ 100 ml süd
3️⃣ 20 qram kərə yağı
4️⃣ 1 xurma (narıncı)
5️⃣ Yarı banan
6️⃣ 1 yemək qaşığı bəhməz
7️⃣ 30 qram yulaf kəpəyi
8️⃣ 30 qram badam unu
9️⃣ 50 qram yulaf unu
🔟 30 qram qarabaşaq kəpəyi
1️⃣1️⃣ Darçın, zəncəfil tozu
1️⃣2️⃣ Soda
Hazırlanması:
Əvvəlcə xurmanı soyuruq, sonra içliyin blendora bosaldırıq (bütün inqrediyentləri blendorda qarışdırmaq daha rahatdır, məncə). Daha sonra banan və yumurtanı da əlavə edib qarışdırırıq. Açıb süd və ərimiş yağı da əlavə edirik. Daha sonra ayrı qabda quru inqrediyentleri qarışdırırıq. Sonda quru və duru inqrediyentleri qarışdırıb soda (sirkə ilə yandıraraq) əlavə edirik. Mən 180 dərəcədə 20 dəqiqə bişirdim.
Hər kəsə nuş olsun!