Yumurtasız Keks Resepti

08 Nisan 2020
2 208
0
Yumurtasız Keks Resepti
Ərzaqlar:
🍩2 st. süd
🍩1 st. duru yağ
🍩1 st. şəkər tozu
🍩1 paket qabartma
🍩1 paket vanil
🍩3 st. un
🍩2 ç.q. kakao

Qlazurun resepti:

▪️3 x.q. şəkər tozu
▪️2 x.q. kakao
▪️6-7 x.q. süd
▪️2 x.q. kərə yağı

Hazırlanması:

Videoya baxaraq rahat hazırlaya bilərsiniz. İlıq südə şəkər tozu və duru yağı əlavə edib mikserlə qarışdırırıq. Daha sonra ələnmiş una vanil və qabartmanı da əlavə edirik, yaxşıca qarışdırırıq.(videoda vanil və qabartmanı əlavə edərkən çəkməyi unutmuşam) Hazırladığımızdan ayırıb başqa bir qaba qoyuruq, kakao əlavə edib qarışdırırıq. Yağladığımız kek qabına əvvəlcə ağ hissədən, sonra kakaolu qarışıqdan əlavə etdim. Çöplə qarışdırdım. 180 dərəcədə əvvəlcədən isidilmiş sobada kontrollu bişiririk.

Nuş olsun!
Mənbə:cooking_by_gulya
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.