Snikers tortunun hazırlanması - Video Resept

30 Kasım 2020
1 121
0
Snikers tortunun hazırlanması - Video Resept
Snikers tortu

Tərkibi:
Biskvit üçün

Bildiyiniz resept əsasında və ya videonun
alt hissəsində qoyulmuş linkdən bizim hazırladığımız şokoladlı biskviti hazırlaya bilərsiniz.

Krem üçün:
1 qab (350 ml) qatılaşdırılmış süd (squşonka)
150 qr kərə yağı

Şokoladlı qlazur üçün:
Bildiyiniz resept üzrə və ya videonun altında qoyduğumuz linkdən bizim etdiyimiz qaydada hazırlaya bilərsiniz.

Beze üçün:
4 ədəd yumurta
240 qr şəkər tozu
200 qr araxis
(və ya zövqünüzə uyğun miqdarda)

Hazırlanma qaydası:
1. Yumurta və şəkər tozu qarışdırılaraq beze bişirilib hazırlanır.
2. Krem üçün150 qr. otaq temperaturunda olan kərə yağı ilə
3. 1 qab qatılaşdırılmış süd qarışdırılır.
4. 200 qr. və ya zövqə uyğun miqdarda araxis qızardılır.
5. Oxlov ilə xırdalanır.
6. Hissələr çox kiçik olmamalıdır.
7. Korj kimi bildiyiniz metod ilə şokoladlı biskvit hazırlaya bilərsiniz. Əgər biskvitiniz sərt alınsa üzərinə sirop əlavə edə bilərsiniz.
8. Biskvit soyudulur və iki hissəyə bölünür.
9. Üzərinə kremin yarısı sürtülüb, sıx şəkildə araxis səpilir.
10. Üzəri beze ilə örtülüb, krem çəkilir və araxis səpilir.
11. Üst qat biskvit də qoyulub azca sıxılır.
12. Şokoladlı qlazur üzərinə əlavə edilir və araxis səpilir.

Hazırdır!
Nuş olsun!


Mənbə:Favorit
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.