Pankek resepti - Dadlı, doyumlu Səhər Yeməyi

Pankek resepti - Dadlı, doyumlu Səhər Yeməyi


Stəkan ölçüsü 200 ml.
18-20 ədəd
Ərzaqlar
2 ədəd yumurta
1 çimdik duz
1 paket şəkərli vanilin
2 yemək qaşığı şəkər tozu
1 st. süd
1,5 st. un
1 paket qabartma tozu

Hazırlanması:
Yumurta, duz, şəkərli vanilin və şəkər tozu çırpıcıyla çalınır. Üzərinə süd əlavə edilir. Un və qabartma tozu qarışdırılır. Hazırlanan kütləyə əlavə edilir. Bütün ərzaqlar birləşənədək qarışdırılır. Tava yağlanır, qızdırılır. Qızğın tavaya hazırlanan xəmirdən 1-2 yemək qaşığı əlavə edilir. Az-orta arası atəşdə hər iki üzü qızaranadək bişirilir. Nuş olsun!

Mənbə:myfoodchannel
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.