Saçlarınız Sizin Haqqınızda Danışır

18 Ocak 2017
1 364
0
Saçlarınız Sizin Haqqınızda Danışır
Saçlarınız və sağlamlığınız arasındakı əlaqə...

Saçlar danışarmı? Bir mənada, bəli.

Stressdən qorunma şəklinizə və hormonlarınıza qədər hər şey saç tellərinizin qalın və parlaqmı, yoxsa incə və kövrəkmi olacağına təsir edir. Göstəricilərə baxın və saçlarınızın sağlamlığınız haqqında sizə izah etdiklərinə qulaq asın.

Çox saç tökülməsi nə mənanı verir?

Qadınlar gündə ortalama 100 tel saç itirər. Amma siz saçınızı darayarkən və ya yastığının üzərində ovuc ovuc saçınızın töküldüyünü fərq etdinizsə, bu hormanal bir balanssızlıqdan qaynaqlanan Polikistik Over Sindromuna (PCOS) tutulduğunuzun göstəricisi ola bilər. PCOS, yumurtalıqlarınızın çox çox androjen və ya kişilik hormonu çıxarmasına və saçlarınızın zəifləməsinə və ya tökülməsinə yol aça bilər. PCOS-in digər əlamətləri arasında bel qisiminə inadçı bir yağlanılma, üzdə tüklənmə də daxildir.

Saç tökülmələrindən xilas olun

Hər 15 qadından birində PCOS xəstəliyi fərqli bir səviyyədə görülər. Amma orqanik məhsullar yeyib gündə ən az 30 dəqiqə məşq edərək kilo verib hormon tarazlığını təmin etmək və simptomları sadələşdirmək mümkündür. Regl dövrünüzü nizama salmaq üçün dərman istifadə edə bilərsiniz. Ancaq, şampun istifadə etmədiyiniz zaman tökülən saç miqdarınızın azalacağı tamamilə əfsanədir! Baş dəriniz çoxdan müəyyən miqdarda saçınızın tökülməsinə proqramlaşdırılmış vəziyyətdədir. Sizin etməniz lazım olan saçlarınızı nizamlı bir şəkildə yuyaraq həm özünüzü yaxşı hiss etmək, həm də saç dərinizin sağlamlığını qorumaqdır.

Elastik saç quruluşu nə mənanı verir?

Əgər saçlarınızda düyünlər meydana gəlirsə, bu sizdə hipotiroid olduğuna işarə edə bilər. Hipotiroid, maddələr mübadiləsi pozulduğunda tiroidin kifayət qədər hormon çıxara bilməməsindən qaynaqlanan bir narahatlıqdır. Tiroid bezləri, iç ifrazat sistemini təşkil edən ana bezlərdir, eyni zamanda saçlarınızın necə şəkillənəcəyini də təyin edər. Hipotiroidin digər əlamətləri arasında açıqlana bilməyən kökəlmə, davamlı üşümə halı və davamlı bir yorğunluqla gələn yuxu istəyi də var.

Saçınızın elastik quruluşundan xilas olun

Əvvəlcə həkimə müraciət edin. Sizə hipotiroid ölçüm testi tətbiq edəcək. Nəticələrinə görə dərmanla müalicəyə başlaya bilər. Saçınızın qalınlığını qoruya bilməniz üçün əgər saçınızı rəngləyirsinizsə, parlaq rənglər istifadə etməkdən qaçının. Parlaq rənglər saçda ziyana və qırılma ehtimalını yüksəltməyə səbəb olar.

Saçda seyrəlmələr nə mənanı verir?

Saç dərinizin əhəmiyyətli bir hissəsində seyrəlmə başladısa, bu sizdə keçəlləşmə əlamətləri olduğunu göstərər. Bu genetik bir xüsusiyyət də ola bilər. Bu xəstəlikdə immunitet sisteminiz bədəninizdəki sağlam hüceyrələrə qarşı hücuma keçər. Saçınızda seyrəlmə görülən sahələrdə yenidən sıxlıq görülə biləcəyi kimi başqa sahələrdə də seyrəlmələr başlaya bilər.

Seyrəlmələrdən xilas olun

Əvvəlcə həkiminizlə birlikdə bunun kortizon dəstəyi ilə həll edilə biləcək bir immunitet sistemi xəstəliyi olub olmadığını təyin etməniz lazımdır. Bəlkə də stressli həyatınızın bədəninizə bir əks olunmasıdır, bəzi insanlarda bu stress dəri narahatlıqlarının görülməsinə səbəb olar. Əgər stressdən qaynaqlanırsa, düşüncələrinizi sıxlaşdıra biləcəyiniz yoga kimi məşqlərlə idarə altına alaraq problemi həll edə bilərsiniz.

Saçlarınızın erkən ağarmaöa başlaması nə deməkdir?

Genetik araşdırmalar erkən yaşda saçların ağarmağa başlamasının ümumiyyətlə bir sağlamlıq problemindən qaynaqlanmadığını göstərməkdədir. Əgər 35 yaşından əvvəl saçlarınız ağarırsa, bu vəziyyət B12 və folik turşu əskikliyindən qaynaqlana bilər.

Erkən ağaran saçlarınızdan xilas olun

Daha çox B12 qəbul edin, yağsız qırmızı ət, qabıqlı dəniz heyvanları, yumurta, ev heyvanı və süd ilə qidalanın. Fol turşusu üçün lifli yaşıl tərəvəzlər, göy noxud və gücləndirici taxıl qəbul edin. Ağ saç tellərini kimyəvi maddə istifadə etmədən bağlamaq üçün təbii botanika məhsulları seçin
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.