Menstruasiya Haqqında Bilməyiniz Lazım Olan 6 Məlumat

05 Temmuz 2022
3 234
0
Menstruasiya Haqqında Bilməyiniz Lazım Olan 6 Məlumat

Aybaşı dövründə çəkdiyiniz sancıların səbəbini bilirsinizmi? Yaxşı, itirdiyiniz qan miqdarının nə qədər olduğunu? Birazdan oxuyacağınız məlumatlar, aybaşı haqqında maraqlandığınız sualları cavablandıracaq. Feat.Az həmin məlumatları təqdim edir:



1. Gündə, 15-49 yaş arası 800 milyondan çox qadın aybaşı olur.

Ancaq yenə də bu mövzu tabu olaraq görülməyə davam edir. Nəticə olaraq aybaşı haqqında məktəbdə öyrənmiş olmamız lazım olan amma əsla qarşılaşmadığımız bir çox detal var.

2. Aybaşı, bağırsaq nizamınızı dəyişdirər

Aybaşı əvvəlində, artan progesteron səviyyəsi, bədənə embrion implantasyonuna və rəhm sıxılmalarının dayanmalarına hazırlanması üçün köməkçi olar. Progesteron, bağırsaqlardakı əzələ fəaliyyətini yavaşladar. Bu nöqtədə bəzi qadınlar, progesteron artımının yaratdığı qəbizlik üçün dərman istifadəsinə müraciət edərlər. Ancaq bir neçə gün sonra, bədəniniz təbii ritminə geri döndüyündə, hər şey dəyişir. Aybaşı başlamaq üzrəykən progesteron səviyyəsi düşməyə başlayaraq rəhm divarının tökülməsinə səbəb olur. Bu müddətdə, bağırsaqlar, normaldan bir az daha yumşaq ola bilər.

3. İngiltərədə səhiyyə məhsullarının bir qismi 'lüks' maddə əhatəsinə girdiyini və vergiləndirildiyini bilirdinizmi?

İngiltərədə, 1973-ci ildə əlavə dəyər vergisi tətbiq olunmağa başladıqda, hökumət bez, tampon kimi sağlamlıq məhsullarını 'ikinci dərəcə' maddələr olaraq qəbul etdi və yüzdə 17,5 nisbətində vergi qəbuluna başladı. 2001-ci ildə yüzdə %5-ə endirildi; ancaq istehlakçılar, bu məhsulların lazımlı olduqları və bu səbəbdən əlavə dəyər vergisi əhatəsi xaricində tutulmaları lazım olduğu mövzusunda israrçı oldular.

4. Aybaşı dövründəki itirilən qan miqdarı düşündüyünüz qədər çox deyil

Orta bir qan itkisi miqdarı haqqında məlumat vermək çətindir; ancaq bu rəqəm, ümumiyyətlə 3 ilə 5 gün üçün təxminən 30-40 ml olaraq deyilir. Orta hesabla bir qadın bezi və ya tamponu, təxminən 5 ml qan əmə bilir. Lakin qan miqdarı, həddindən artıq dərəcədə dəyişkənlik göstərə və bəzi qadınlarda qan miqdarı daha yüksək səviyyələrə çıxa bilir. Ağır bir menstruasiya dövrü, 80 ml qan itkisi ilə təyin olunur.

5. Günümüzdəki qadınlar həyatları boyunca ortalama 450 dəfə aybaşı dövrü keçirir. Köhnə tarixlərdə isə bu nisbət qadınlar üçün ortalama 50 dəfə idi ...


6. Aybaşı dövrüylə əlaqədar bilinən ən səhv şeylərdən bir digəri də bədəndəki xəstəliklərdən aybaşı sayəsində xilas olmaq ...

Bəzi insanlar burun, əl, ağız, gözdən ibarət narahatlıqların aybaşı qanaxmasıyla çölə atıldığını zənn edirdilər ki bu olduqca yanlış bir düşüncədir ...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.