Qorxu və Ümüd

08 Nisan 2015
2 635
0
Qorxu və Ümüd
Qorxu və Ümüd

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

“Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin idilərmi? Ya da o ölkələrin əhalisi əzabımızın onlara səhər-səhər, onlar əylənərkən gəlməyəcəyindən əminmi oldular?..” (Әraf, 97)

Qul — Allahdan qorxu vә eyni zamanda ümid içәrisindә olmalıdır. Bu, çox aktual vә diqqәtdәn qaçırdığımız bir mövzudur.

Müsəlman bir kəs, öz günahlarına baxaraq Rəbbinin şiddətli əzabını düşündüyü zaman, Ona qarşı qorxu hissi duyar. Hәmçinin, Rəbbinin ədalətini düşünәrәk ümumi və xüsusi — bütün insanlara (istər müsəlman, istərsə də kafir) qarşı mərhəmətinə baxaraq, Rəbbinə qarşı arzu və ümid hisslərini özündə canlandırar.. Rəbbinə itaәtә nail olarsa, itaətinin qəbul edilməsi ilə daha kamil bir nemətə qovuşacağını Rəbbindən umar. İtaətində ola biləcək hər bir qüsurdan dolayı da rədd edilə biləcəyindən qorxar.

Hər hansı bir günahla imtahan edildiyi zaman, Rəbbinin tövbəsinin qəbul etməsinə və günahını bağışlamasına ümid edər. Tövbəsinin zəifliyindən və günaha düçar olması səbəbi ilə əzaba məruz qalacağından qorxu hissi keçirər.

Rəbbinin bütün işlərini asanlaşdırması, eləcə də nemətlərlə ruziləndirməsi qarşılığında, bütün bunların (nemәtlәrin) davamlı olmasına, artırılmasına, şükrünü ifadә edə bilmə gücü verilməsinə görə Allaha ümidlə bağlanar. Şükrünü layiqincə geri ödəyə bilməməsi səbəbilə, verilən bütün nemətlərin əlindən alına biləcəyi qorxusu ilə dә Rəbbindən qorxar.

Qarşılaşdığı bütün sıxıntı və müsibətlərin ondan uzaqlaşdırılmasını Rəbbindən umar. Onu bu sıxıntılardan yalnız və yalnız Rəbbinin qurtara biləcəyinə ümid edər.

Səbir vəzifəsini yerinə yetirməsi qarşılığında Rəbbinin savab verəcəyinə ümid edər. Vacib olan səbir vəzifəsini yerinә yetirә bilməyəcəyi təqdirdə bütün mükafatı itirmək və gözlənilmədən pis bir vəziyyətlə qarşılaşmaq kimi — iki müsibətin bir yerdə başına gəlməsindən narahat olar.


Tövhid әhli mömin, hər halında və hər anında qorxu və ümidi әsla əldən buraxmaz. Әsl fayda və xoşbəxtlik bu yolla əldə edilər.

Bu mövzuda iki şey, Rəbbimizə qarşı edə biləcəyimiz haqsızlıq, hörmətsizlik vә ədəbsizliklə nəticələnə bilər:

1. Allahın mərhəmətindən ümidi kəsəcək dərəcədə qorxunun əsiri olmaq;

2. Allahın əzabına qarşı həddindən artıq ümid bəsləyərək özünü sığortalanmış bir məxluq kimi hiss etmәk..


“(İbrahim) dedi ki: Rəbbinin rəhmətindən, yolunu azmışlardan başqa kim ümidini üzər?” (Hicr,56)

İbn Məsudun (Allah ondan razı olsun) rәvayәt etdiyinә görә Peygəmbərimiz ( Allahınona salavat vә salamı olsun) demişdir:
“Әn böyük günah — Allaha şәrik qoşmaq, Allahın mәkrindәn (әzabından) əmin (rahat) olmaq vә mərhəmətindən ümid kəsməktir..” (Sәhihdir. Heysəmi, «Məcmә’uz-Zəvaid» 1/109)

Gözәl demişlәr: «Qorxu və ümid — bir quşun iki qanadı kimidir.Hansı qanadını daha çox çırparsa, düzgün istiqamətdən bir o qədər əyilmilş olar. Qanadlarını eyni dərəcədə çırpması mütləqdir ki, doğru istiqamətə, doğru zamanda, doğru enerji sərf edərək yönəlsin və mənzil başına müvəffəqiyyətlə çatmış olsun.

Hazırladı: Rəmzi Həsən

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Xeyirin səbəbkarlarından ol, dostlarınla paylaş!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.