Həzrət Zəhranın (s.ə) məsciddə söylədiyi möhtəşəm xütbəsi

06 Eylül 2014
1 889
0
Həzrət Zəhranın (s.ə) məsciddə söylədiyi möhtəşəm xütbəsi
Həzrət Zəhranın (s.ə) məsciddə söylədiyi möhtəşəm xütbəsi


Əli (ə) və Zəhranın (s.ə) planları dəqiq surətdə öz mərhələlərini keçir və lazım olan nəticəni verirdi.
Əbubəkr və Ömər Muhacir və Ömər tayfası ilə birlikdə Peyğəmbər (s) məscidində ciddi bir iclas təşkil vermişdir. Onlar, Fatimənin (s.ə) evinin yaxınlığında öz qudrətlərini numayiş etdirirdilər.Gözlənilmədən Xanımın evinin qapısı açıldı.İslamın əzəmətli qadını bir neçə qadınla birlikdə məscidə daxil olub cəmiyyətə tərəf gəldi.
Peyğəmbərin (s) qızı mübarək başını kamil surətdə örtmüş və paltarının üstündən çarşab atmışdı.Ruhi və cismi narahatlığına görə Xanımın qaməti əyilib və onun paltarı yer ilə sürünürdü.Bəzi vaxt paltar xanımın ayağı altında qalırdı.Başqa bir tərəfdən həzrətin yol getməsi Peyğəmbərin (s) yol getməsini xatırladırdı.
O günkü günə qədər görünməmiş ilk təşəbbüs bu idi ki,dərhal qadın və kişilər arasında pərdə asıldı.Xanım,qadınlarla birlikdə pərdənin o biri tərəfində əyləşd



Xanımın ah-naləsi camaata təsir edir



Camaat bu səhnəni görməklə qüssələndilər.Birdən Xanımın can yandıran ah-naləsini eşitdilər.Bu ah-nalə ilə camaat fəryad edib,lərzəyə düşdü.Onların ağlaması bir az uzun çəkdi və Xanım onlar sakitləşənə qədər səbr etdi.
Xanım yenidən sözə başladı Camaat bir neçə kəlmə eşidən kimi,yenə ağlamağa başladı.Həzrət Zəhra (s.ə) ikinci dəfə camaat sakitləşənə qədər səbr etdi.Sonra söhbətə başladı.



Həzrət Zəhranın (s.ə) xütbəsinin qısa məzmunu


Xanımın xütbəsinin bütöv mətni kitabın beşinci,onun tərcüməsi isə dördüncü fəslində gələcək.Burada isə xütbənin qısa məzmununu yazırıq.
Xanım,Allaha həmd və səna etdi.Onun təkliyinə və Peyğəmbərin (s) risalətinə etiraf etdi.Donra yaranışın,bəşərin təklifinin,Peyğəmbərlərin göndərilməsinin,xüsusi ilə Muhammədin (s) peyğəmbəriliyinin hikmətini bəyan etdi.Daha sonra,camaatın keçmişdə Quran və Əhli-beyt ilə etdikləri rəftarı xatırlatdı.Bir tərəfdən camaatın keçmişdə Allah dininə və Peyğəmbərə (s) kömək etməsini,başqa bir tərəfdən isə gələcək nəsil üçün öhdələrində olan ağır vəzifəni xatırlatdı.
Həmçinin Quran və Əhli-beytin əzəmətini və onların bir-biri ilə olan sıx əlaqəsini bəyan etdi.Sonra İlahi şəriətlərin və hökmlərin kiçik bir hissəsinin hikmətini qeyd etdi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.