Möminlərin əmiri Əli ibn Əbu Talib (ə)

29 Temmuz 2015
1 484
0
Möminlərin əmiri Əli ibn Əbu Talib (ə)
Möminlərin əmiri Əli ibn Əbu Talib (ə)
Aşağıdakı hədisdə möminlərin əmiri Əli ibn Əbu Talib (ə) küfrlə nifaqı dəqiqliklə analiz etmiş, bunların dürüst təsvirini vermişdir. Hədisdə küfrü və nifaqı yaradan səbəblər incəliklə araşdırılır, onların törətdiyi mənəvi fəlakətlər ardıcıllıqla bəyan edilir.
Möminlərin əmiri Əli ibn Əbu Talib (ə)Möminlərin əmiri Əli ibn Əbu Talib (ə)Möminlərin əmiri Əli ibn Əbu Talib (ə)
"Küfr dörd dayaq üzərində qərar tutub: fisq (günahda israr etmək), ğülüvv (ifratçılıq), şəkk və şübhə.
Fisqin dörd şöbəsi var: cəfa (zülm), qəlbin korluğu, qəflət və qudurğanlıq.
Hər kim zülmkarlıq etsə, haqqı əskildər, şəriət alimləri ilə düşmənçilik edər, açıq-aşkar nahaq olan məsələlərdə israr edər. Kimin qəlbi kor olsa, Allahın zikrini unudar, zənnə qapılar, öz yaradanına ağ olar, şeytan onun üzərində qələbə çalar. O adam tövbə etmədən və təvazökar davranmadan Allahdan bağışlanmaq diləyər, amma günahdan əl çəkməz. Kim qəflət içində olsa, özünə qarşı xəyanət edər, məqsədə arxa çevirib öz azğınlığını hidayət kimi qəbul edər. Yersiz istəklər onu aldadar, iş-işdən keçəndən sonra peşmançılıq və xəcalət onu bürüyər. Bu zaman onun gözlərinin qabağından pərdə qalxar və əvvəl görmədikləri indi ona əyan olar. Hər kim Allahın əmrlərinin qarşısında qudurğanlıq etsə, şəkkə düşər. Hər kim şəkkə düşsə, Allah əvvəlcə onu yüksəldər, amma sonra öz qüdrəti ilə onu xar edər, öz cəlalı ilə onu cılızlaşdırar. Çünki bu adam kəramətli Allaha asi olub və Ona itaətdə günaha yol verib.
Ğülüvvün (ifratçılığın) də dörd şöbəsi var: bir məsələdə çox dərinə getmək (xırdaçılıq), yersiz fikir ayrılığına düşmək, qeyri-sabitlik (dəyişkənlik) və mübahisə. Xırdaçılıq edən haqqa çatmaz, əslində cəhalət girdabında daha da dərinə qərq olar, bir fitnədən çıxıb o biri fitnəyə düşər, öz qətiyyətini itirər, hər işdə çaş-baş qalar. Kim bir məsələdə rəydən-rəyə düşsə (fikrini tez-tez dəyişsə), hər dəfə bir tərəfə meyl etsə, axmaq və höcətkən adam kimi tanınar. Kimin xasiyyəti qeyri-sabit (dəyişkən) olsa, yaxşı onun gözündə pis görünər, pis isə yaxşı kimi cilvələnər. Kim mübahisə etməyi xoşlasa, dinc yaşayış yolları onun üzünə bağlanar, işləri dolaşıqlığa düşər. Düşdüyü çətinlikdən çıxa da bilməz, çünki möminlərə xas olmayan bir yolla gedirdi.
Möminlərin əmiri Əli ibn Əbu Talib (ə)Möminlərin əmiri Əli ibn Əbu Talib (ə)Möminlərin əmiri Əli ibn Əbu Talib (ə)
Şəkkin dörd şöbəsi var: rədd etmək, həvavü-həvəsə (nəfsani istəklərə) uymaq, tərəddüd və özünü aldatmaq. Asilik (miryə) barədə izzət və cəlal sahibi olan Allah buyurub: «Sən öz Rəbbinin hansı nemətlərini rədd edirsən?» (Nəcm, 55). (Başqa rəvayətə görə, şəkkin dörd şöbəsi bunlardır: rədd etmək, haqdan qorxmaq, tərəddüd, cəhalətlə və cahillərlə qarşılaşanda özünü aldatmaq). Hər kim qarşıdakından qorxsa, geri çəkilər. Hər kim dini məsələləri rədd etsə, şəkk içində qalar, başqaları onu ötüb-keçərlər, yalnız axıra qalanlar onunla maraqlanarlar. Şeytan onu tapdağı altına salar. Kim dünya ilə özünü aldatsa, həlak olar. Kim bu fikirdən amanda qalsa, yəqinin fəzilətinə çatar. Allahın yaratdıqları içində yəqindən üstünü yoxdur.
Möminlərin əmiri Əli ibn Əbu Talib (ə)Möminlərin əmiri Əli ibn Əbu Talib (ə)Möminlərin əmiri Əli ibn Əbu Talib (ə)
Şübhənin də dörd şöbəsi var: bər-bəzəyə aludə olmaq, nəfsin bəzi şeyləri gözəl göstərməsi (təsvilün-nəfs), tərslik və haqqı batillə qarışdırmaq. Bər-bəzək aşkar sübutun üzərini örtüb onu gizlədər, nəfsin bəzi şeyləri gözəl göstərməsi insanı şəhvət azğınlığına aparar, tərslik adamı düz yoldan azdırar. Haqqı batillə qarışdırmaq isə bir-birinin üzərini örtən zülmət pərdələri kimidir. Küfr, onun dayaqları və şöbələri bunlardır”.
Möminlərin əmiri Əli ibn Əbu Talib (ə)Möminlərin əmiri Əli ibn Əbu Talib (ə)Möminlərin əmiri Əli ibn Əbu Talib (ə)
"Nifaq dörd dayaq üzərində durub: həvavü-həvəs (nəfsi istəklərə uymaq), səhlənkarlıq, kinlilik və tamahkarlıq.
Həvavü-həvəsə uymağın da dörd şöbəsi var: zülm, həddi aşmaq, şəhvət və tüğyan (asilik). Kim zülm etsə, çətinlikləri artar, camaat ondan kənar gəzər, onun əleyhinə birləşər. Kim həddi aşsa, bəlalardan amanda qalmaz, qəlbi aram olmaz, özünü şəhvətə aludəlikdən uzaqlaşdıra bilməz. Hər kim şəhvətini idarə etməyi bacarmasa, xəbislik və murdarlıq içində batar. Kim tüğyan etsə, qəsdən özünü bələdçidən (vicdandan) məhrum edər və azğınlığa düşər.
Möminlərin əmiri Əli ibn Əbu Talib (ə)Möminlərin əmiri Əli ibn Əbu Talib (ə)Möminlərin əmiri Əli ibn Əbu Talib (ə)
Səhlənkarlığın dörd şöbəsi var: yalan, bitib-tükənməyən arzular, özünə arxalanmaq və tənbəllik. Yalan insanı xeyirli işlərdən uzaqlaşdırar. Özünə arxalanmaq haqqın yolunu bağlayar. Tənbəllik əməldə (ibadətdə) nöqsana səbəb olar, ta ki axırda ölüm vaxtı yetişər. Əgər daimi arzular olmasa, insan öz hərəkətlərinin ölçüsünü, əndazəsini bilər. Və əgər insan bu dünyada öz vəziyyətini tam anlasa, qorxudan və vahimədən ürəyi partlayıb ölər.
Möminlərin əmiri Əli ibn Əbu Talib (ə)Möminlərin əmiri Əli ibn Əbu Talib (ə)Möminlərin əmiri Əli ibn Əbu Talib (ə)
Kinliliyin də dörd şöbəsi var: kibr, fəxr, özünü çəkmək və təəssübkeşlik. Kim kibrlənsə, haqqa arxa çevirər. Kim lovğalanıb özü ilə fəxr etsə, nankor olar. Hər kim özünü çəkib başqalarından üstün tutsa, günaha qərq olar. Kim təəssübkeşlik etsə, zülm törədər. Haqqa arxa çevirən, nankorluq edən, günah etməkdə israrlı olan və zülm törədən adamın vəziyyəti sirat körpüsünün üzərindən keçərkən necə də pis olacaq!
Möminlərin əmiri Əli ibn Əbu Talib (ə)Möminlərin əmiri Əli ibn Əbu Talib (ə)Möminlərin əmiri Əli ibn Əbu Talib (ə)
Tamahkarlığın da dörd şöbəsi var: yersiz şadlıq, firavan həyata aludəlik, höcətkənlik və yığıcılıq (artırmağa meyllilik). Yersiz şadyanalıq Allahın yanında pis əməl sayılır. Firavan həyata aludəlik insanda yekəbaşlıq yaradır. Höcətkənlik insanı günahlara doğru aparar. Yığıcılıq oyun-əyləncəyə aludəlik əmələ gətirər, insanda yaxşının əvəzinə pisliyə meyl yaradar. Nifaq, onun dayaqları və şöbələri bunlardır”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.