Allah`dan başqa bir tanrı yoxdur, Məhəmməd onun bəndəsi və elçisidir.

03 Eylül 2015
1 702
5
Allah`dan başqa bir tanrı yoxdur, Məhəmməd onun bəndəsi və elçisidir.
Allah`dan başqa bir tanrı yoxdur, Məhəmməd onun bəndəsi və elçisidir.

Çölçü ərəblərdən biri bir kərtənkələ gördü. Onu tutub qoynunaq qoydu və tövşünü dərə-dərə Peyğəmbərə tərəf yollandı. Peyğəmbərə yetişib “Ya Məhəmməd! Ya Məhəmməd!” – deyə o həzrəti çağırdı. Adət üzrə hər kim Peyğəmbəri Ya Məhəmməd! deyə çağırsaydı, o həzrət də Ya Məhəmməd! deyə cavab verərdi. Eləcə də hər kim ya Əhməd desəydi, cavabında Ya Əhməd!, Ya Əbəlqasim! Desəydi cavabında Ya Əbəlqasim deyərdi. Ya Rəsuləllah (ey ALLAHın elçisi) deyə çağıranda isə üzü gülər və “ləbbeykə sədeyk”-deyə cavab verərdi. Beləliklə çölçü ərəb ya Məhəmməd çağırdığına görə o həzrət də ya Məhəmməd deyə cavab verdi : Çölçü ərəb dedi :
Sən cadugər və yalançısan. Yer – göy səndən yalançısını görməyib. Sən iddia edirsən ki, göydə bir tanrı var və səni bütün insanlara Peyğəmbər göndərib. “İzza” və “Lat” (bütlərinə) and olsun tayfam məni tələsgən adlandırmasaydı, səni bu qılıncımla öldürər, keçmişi və gələcəyi sənin şərrindən qurtarardım. Ömər ibn Xəttab bu sözləri eşidəndə yerindən sıçrayıb onu öldürmək istədi. Peyğəmbər (s) ona xitabən dedi :
Ey Əbuhəfs! Əyləş yerində, çünki səbr edən adam peyğəmbərə daha yaxındır. Peyğəmbər (s) ona xitabən dedi :
E bənisəlimli qardaş. Ərəblər belə davranarmı? Ərəblər bizim yığıncağımıza sənin kimi hücum edib kobud sözlər danışarmı? Ey ərəb! Məni peyğəmbərliyə seçən Tanrıya and olsun, mənə bu dünyada ziyan vuran o dünyada qiyamət odunda yanacaqdır. Ey ərəb! Məni peyğəmbərliyə seçənə and olsun yeddi göyün sakinləri məni doğruçu Əhməd adı ilə çağırırlar. Ey ərəb! İman gətir ki, Cəhənnəm odundan qurtarıb, bizə verilənə şərik olub, din qardaşımıza çevriləsən.

Acıqlanmış Ərəb, - İzza və lat (bütlərinə) and olsun ki bu kərtənkələ sənə iman gətirməyincə, mən də iman gətirmərəm, deyib qoynundaki kərtənkələni yerə atdı. Kərtənkələ sürətlə qaçmağa başladı. Peyğəmbər kərtənkələyə xitabən dedi : Geri Qayıt, ey kərtənkəkələ!
Kərtənkələ peyğəmbərə tərəf döndü. Həzrət ondan soruşdu :

Mən kiməm?
Kərtənkələ aydın ifadə ilə danışıb dedi :
-Sən Məhəmməd ibn, Əbdmənafsan.
Peyğəmbər (s),
-Kimə pərəstiş edirsən ?- deyə soruşdu.
-O böyük Tanrıya pərəstiş edirəm ki, çərdəyi yardı, varlıqları yaratdı, İbrahimi Xəlil olaraq, səni Həbib olaraq seçdi.
Sonra da Peyğəmbərin doğru danışdığını, onun səmavi vəzifəsinin haqlı olduğunu etiraf edən şerlər oxudu.
Sonra kərtənkələnin dili tutuldu və danışa bilmədi. Bu ərəb şahidi olan ərəb dedi :
-Əcəba! Çöldən tutub gətirdiyim bir dilsiz-ağılsız kərtənkələ Məhəmmədlə danışıb onu təsdiq edir. Mən artıq heç nə istəmirəm. Sağ əlini gətir, mən təsdiq edirəm ki, ALLAHdan başqa bir tanrı yoxdur, Məhəmməd onun bəndəsi və elçisidir.
Beləliklə o çölçü ərəb müsəlman oldu..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    Allah razı olsun ,,,,,,,,,
  2. SEHRI
    • SEHRI
    • 7 Eylül 2015 11:37
    gözəl xəbərdi.Allah razı olsun
  3. allah bendesi
    Rebbime min Wukur olsun xeber ucun tewekkurler elleriniz var olsun
  4. Lami95
    Allah razi olsun maragli idi
  5. ::.ProsTo DeLiw.::
    Allah razı olsun deyerlidi
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.