Hz. Xədicə ilə ilk görüş və izdivaca gedən yol (I Hissə)

16 Eylül 2014
1 655
0
Hz. Xədicə ilə ilk görüş və izdivaca gedən yol (I Hissə)
Hz. Xədicə ilə ilk görüş və izdivaca gedən yol (I Hissə)


Hz. Xədicə o günə qədər iki dəfə ailə həyatı qurmuşdu və artıq qapısını bütün təkliflərin üzünə bağlamışdı. Çünki onun üçün yaş artıq kamala çatmış və yaşamaq üçün başqasının dəstəyinə ehtiyac qalmamışdı. Bugünkü mənada ölkələrarası ticarət şəbəkəsinə malik idi və tabeliyində işləyənlər böyük bir coğrafiyanın sakinləri idi. Rum, Fars və Qəssasinə bölgələrində işçiləri olduğu kimi, daha yaxın bölgələrdə - Hirə və Şamda da adamları vardı.
İmkanlı, işini qüsursuz görən, ağıllı, gözəl, yetkin və hamının rəğbət bəslədiyi şərəfli bir qadın idi. O dövrdə Qureyşin arasında özünü belə bir qədir qiymətə kim qurban verməzdi ki?! Qövmündən hər kişi imkanı olsa və buna gücü çatsaydı, onunla evlənməkdə tərəddüd göstərməzdi. Həmin günədək neçəsi bu məqsədlə qapısını döymüş, amma o, bunların heç birini qəbul etməmiş, qapını üzlərinə bağlamışdı.
Ancaq bu dəfə vəziyyət fərqli idi və belə daimi bərabərlik üçün ailə həyatı qurmaqdan başqa bir yol da görünmürdü. O günə kimi ailə həyatı qurmaq barədə fikirləşməyən, bəlkə də belə pak, təmiz bir ailə həyatının xəyalı ilə digər təklifləri rədd edən Hz. Xədicə artıq qəti qərarını vermişdi. Ancaq bunu necə açıb deyəcəyini bilmirdi.
Hz. Xədicənin fikirli halını və ondakı dəyişikliyi hiss edən yaxın rəfiqəsi Nəfisə binti Münyə bir dəfə ona yaxınlaşır və şəfqət dolu səslə bunları deyir:
- Sənə nə olub, ey Xədicə? Nədir sənin bu halın? Bu günəcən həmişə səninlə birlikdə olmuşam, amma səni bu qədər fikirli görməmişəm!
Hz. Xədicə əvvəlcə məsələni açıb-açmamaqada tərəddüd etdi, bir müddət sakitcə dayandı. Ancaq addım atmadan xeyirə nail olmaq da mümkün deyildi və nəhayət, rəfiqəsinə ürəyindən keçənləri açıb danışdı... Əvvəlcə bunları dedi:
- Ey Nəfisə! Şübhə yoxdur ki, mən Abdullah oğlu Muhəmməddə başqalarında görmədiyim bir üstünlük müşahidə edirəm. O, çox dürüst, sadiq və əmindir, şərəfli və pak bir nəsil-nəcabət sahibidir, hər insanın qarşısına çıxa biləcək ən xeyirli insandır. Bunlardan başqa, Onun haqqında gözəl və müjdəli xəbərlər də var.
Nəfisə hələ məsələni anlamağa çalışırdı:
- Yaxşı, bunun sənin bu qədər saralıb-solmağınla, səhərdən fikirlərə qərq olmağınla nə əlaqəsi var? – deyə soruşur.
Deməli, daha açıq danışmaq, məsələni bir az da açmaq lazım idi. Hz. Xədicə rəfiqəsinə tərəf çevrilir və bunları söyləyir:
- Onunla ailə həyatı qurmaqla yollarımızı birləşdirmək istəyirəm, ancaq buna necə nail olacağımı bilmirəm.
Bu dəfə məsələ artıq aydın idi. Xədicənin halını başa düşən Nəfisə belə cavab verir:
- İcazə versən, mən Onun nəbzini yoxlayaram.
Hz. Xədicə elə bunu gözləyirdi və həyəcanla:
- Əgər bunu bacarırsansa, ey Nəfisə, dayanma, dərhal et, - deyir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.