Birlikdə DUA edək

26 Eylül 2015
2 563
1
Birlikdə DUA edək
Birlikdə DUA edək

Ey Rəbbim! bizimlə halımıza görə davranma. Öz İkram və ehsanına görə davran!
Ey Rəbbim! Kərəm və lütfünlə hidayət etdiyin qəlbi yenidən zəlalətə, azğınlığa meyl etdirmə. Bəlaları bizdən uzaqlaşdır və dəyişdir.
Ey əfvi çox olan. günahları örtən Rəbbim! O günahlara görə bizdən intiqam alma. Bizə əzab etmə!
Ey Rəbbim! Biz nəfs ilə seytana it kimi tabe olduqsa da, Sən əzab aslanını bizim üstümüzə salma!
Ey Həyy, əbədi diri olan Rəbbim! Sən kərəm sahibisən. Ey yaradılmışların ehtiyacını ödəyən Rəbbim! Sən varkən başqa bir şəxsi xatırlamaq və ondan bir şey ummaq doğru deyildir.
Ey Rəbbim Ruhumda bir elm qətrəsi var. Allahım Onu həva və həvəslə tən torpağından qoru!
Ey ehsanı çox olan Rəbbim! Cəfa içində keçib-gedən ömrə mərhəmət et!
Ey əfv etməyi sevən Rəbbim! bizi əfv et. Üsyan dərdimizə çarə qıl.
Ey yardım istəyənlərin yardımçısı! Bizi hidayət et.

Ey Rəbbim! Dua və yalvarışlarımıza Sənə layiq olmayan sözləri bilməyərək söyləyib xəta etdiksə, o kəlmələri Sən düzəlt və duamızı qəbul et. Çünki sözlərin hakimi və sultanı ancaq sənsən.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Jessica
    Gözel dualardı namaz qılan her bir kes bu duaları bilir mene ele gelir bilmeyende oxusun bu xeber bilsin .Allah razı olsun maqraqla oxudum
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.