Məsumlardan hədislər 451-500

18 Ekim 2015
1 847
0
Məsumlardan hədislər 451-500
Məsumlardan hədislər 451-500

Məsumlardan hədislər 451-500

Hədis 451: Həzrət Əli (ə) buyurur: "Günahdan çəkinən şəxs yaxşı iş görən şəxs kimidir.”

* * *

Hədis 452: Həzrət Məhəmməd (s) buyurur: "Ehtiyacı olmadığı halda mö`min qardaşının görüşünə gedən şəxs Allahın görüşünə getmiş kimidir.”

* * *

Hədis 453: Həzrət Məhəmməd (s) buyurur: "Bir şəxsə var-dövlətinə görə ehtiram göstərən şəxsə Allah lə`nət etsin.”

* * *

Hədis 454: Həzrət Əli (ə) buyurur: "Həyat ölümə necə də yaxındır!”

* * *

Hədis 455: Həzrət Əli (ə) buyurur: "Əta etdiyini çox da böyük hesab etmə, sən özün ondan da böyüksən.”

* * *

Hədis 456: Həzrət Əli (ə) buyurur: "Nə yaxşı olar ki, insan aza qane olsun, çox əta etsin.”

* * *

Hədis 457: Həzrət Əli (ə) buyurur: "Yeməkdə orta həddi gözləyənin sağlamlığı və düşüncəsi təmiz olar.”

* * *

Hədis 458: Həzrət Məhəmməd (s) buyurur: "Batini zahirinə müxalif olan kəs münafiqdir.”

* * *

Hədis 459: "(Həzrət peyğəmbərdən (s) soruşdular ki, ən yaxşı əməl nədir? Buyurdu:) Əvvəl vaxtda qılınan namaz.”

* * *

Hədis 460: Həzrət Məhəmməd (s) buyurur: "Çox danışmağı tərk et, istəyinə çatacağın qədər danışmağın kifayət edər.”

Məsumlardan hədislər 451-500

Hədis 461: İmam Sadiq (ə) buyurur: "Həqiqətən, insan günah edərkən ona sübhdən gecəyə qədər möhlət verilər. Əgər tövbə edərsə, bu günah ona yazılmaz.”

* * *

Hədis 462: Həzrət Əli (ə) buyurur: "Xalq ilə elə rəftar edin ki, əgər həmin halda ölsəniz, sizə ağlasınlar və sağ qalsanız, sizinlə ünsiyyətdə olmaq istəsinlər.”

* * *

Hədis 463: Həzrət Əli (ə) buyurur: "Ey Adəm övladı, Allaha itaətsizlik etdiyin halda, Onun sənə çoxlu ne`mət əta etdiyini görərsənsə, bu işin sonundan qorx.”

* * *

Hədis 464: Həzrət Əli (ə) buyurur: "Zarafat və oyunbazlıqdan, artıq məzələnməkdən, gülüşdən və boş işlərdən çəkin.”

* * *

Hədis 465: İmam Sadiq (ə) buyurur: "Düşmənlər sizi qabaqlayıb övladlarınızı azdırmamış, onlara din barəsində hədislər və İslam maarifini öyrədin.”

* * *

Hədis 466: Həzrət Əli (ə) buyurur: "Allah lə`nət etsin o kəslərə ki, camaatı yaxşı işlərə də`vət edirlər, amma özləri bu işə əməl etmirlər, eləcə də başqalarını pis işdən çəkindirirlər, amma özləri çəkinmirlər.”

* * *

Hədis 467: İmam Sadiq (ə) buyurur: "Bizim şiəmiz o kəsdir ki, acından ölsə də belə, camaatdan bir şey diləməz.”

* * *

Hədis 468: "(Həzrət Əli (ə) oğlu İmam Həsənə (ə) buyurdu:) "Oğlum, heç kəsin qulu olma, Allah səni azad yaratmışdır.”

* * *

Hədis 469: Həzrət Əli (ə) buyurur: "Nəhy əz munkəri, yə`ni pis işdən çəkindirməyi qəlbi, dili və əli ilə tərk edən kəs dirilər arasında olan ölüdür.”

* * *

Hədis 470: İmam Riza (ə) buyurur: "Övlad qarşısında ata-ananın vəzifəsi ona yaxşı ad qoymaq, ədəb öyrətmək və Qur`an tə`lim etməkdir.”


Məsumlardan hədislər 451-500

Hədis 471: İmam Riza (ə) buyurur: "Var-dövlət beş xasiyyətlə toplana bilər: qatı xəsislik, uzun-uzadı arzular, böyük hərislik, qohumluq əlaqəsini kəsmək və dünyanı axirətdən üstün tutmaq.”

* * *

Hədis 472: İmam Baqir (ə) buyurur: "Allah-təala qiyamət günü bəndələrinin sorğusunu onlara verdiyi ağıl qədər (dəqiq) aparar.”

* * *

Hədis 473: İmam Sadiq (ə) buyurur: "Zarafatlaşmaqdan çəkin, çünki o, kişinin abrını və heybətini aparar.”

* * *

Hədis 474: İmam Səccad (ə) buyurur: "İstər kiçik olsun, ya böyük, istərsə də ciddi olsun, ya zarafat üzü ilə − yalan danışmaqdan çəkin. Həqiqətən, kiçik yalan danışan kəs böyük yalana da cəsarətlənər.”

* * *

Hədis 475: Həzrət Əli (ə) buyurur: "Məsləhət etməyən kəs peşman olar.”

* * *

Hədis 476: Həzrət Məhəmməd (s) buyurur: "İnsan üçün elə bir zaman gələr ki, dünyasını salamat gördüyü halda dinini itirməkdən qorxmaz.”

* * *

Hədis 477: Həzrət Məhəmməd (s) buyurur: "İki günü bərabər olan kəs zərərdədir.”

* * *

Hədis 478: Həzrət Əli (ə) buyurur: "Tamah yolunu seçən kəs özünü kiçiltdi, çətinliyini bildirən kəs zillətə boyun əydi, dilini özünə hakim edən kəs özünü qiymətdən saldı.”

* * *

Hədis 479: İmam Baqir (ə) buyurur: "Süstlük və tənbəllik insanın dininə və dünyasına zərər vurar.”

* * *

Hədis 480: İmam Sadiq (ə) buyurur: "Dostlarımın (qardaşlarımın) ən yaxşısı eybimi mənə hədiyyə edən kəsdir.”


Məsumlardan hədislər 451-500

Hədis 481: İmam Riza (ə) buyurur: "Allahın az ruzisinə razı olan kəsin Allah da az əməlinə razı olar.”

* * *

Hədis 482: İmam Sadiq (ə) buyurur: "Bizim şiələrimiz onlardırlar ki, təklikdə Allahı çox zikr edərlər.”

* * *

Hədis 483: Həzrət Əli (ə) buyurur: "Başqalarında eyb axtarmaq ən pis eyb və ən pis günahdır.”

* * *

Hədis 484: İmam Hüseyn (ə) buyurur: "Mö`minin haqqını yerinə yetirmək, Allaha edilən ibadətlərin ən üstünüdür.”

* * *

Hədis 485: Həzrət Məhəmməd (s) buyurur: "Ən güclü insan xalqa qalib gələn yox, nəfsinə qalib gələndir.”

* * *

Hədis 486: Həzrət Məhəmməd (s) buyurur: "Bir şeyi bilmədən danışan kəsə göyün və yerin mələkləri lə`nət oxuyar.”

* * *

Hədis 487: İmam Səccad (ə) buyurur: "Camaat elm oxumağın faydalarını bilsəydilər, qanları axıdılmaqla, dəryalara baş vurmaqla olsaydı da belə, yenə təhsil ardınca gedərdilər.”

* * *

Hədis 488: Həzrət Əli (ə) buyurur: "Ən güclü günah şəhvətə tabeçilikdir. Ona itaət etməyin, yoxsa düşüncənizi Allahdan uzaqlaşdırar.”

* * *

Hədis 489: Həzrət Məhəmməd (s) buyurur: "Hər kəs qırx gün Allaha ixlasla (riyasız) ibadət etsə, Allah hikmət çeşməsini onun qəlbindən dilinə axıdar.”

* * *

Hədis 490: Həzrət Əli (ə) buyurur: "Məzluma kömək və qəmgini şad etmək böyük günahların kəffarələrindəndir.”


Məsumlardan hədislər 451-500

Hədis 491: Həzrət Əli (ə) buyurur: "Başqaları üçün pis hesab etdiyin işlərdən uzaqlaşmaq ədəbli olmağın üçün kifayət edər.”

* * *

Hədis 492: Həzrət Əli (ə) buyurur: "Başqalarından bildiyin pis əməllərə göz yummaq ən şərəfli əməllərdəndir.”

* * *

Hədis 493: Həzrət Məhəmməd (s) buyurur: "Günahın kiçikliyinə yox, kimə qarşı günah etdiyinə bax.”

* * *

Hədis 494: Həzrət Məhəmməd (s) buyurur: "Ölümü çox yada salın, çünki ölümü xatırlamaq günahları yuyur və insanı dünyaya qarşı e`tinasız edir.”

* * *

Hədis 495: Həzrət Məhəmməd (s) buyurur: "Allah insana onun xoş xasiyyətinə görə Allah yolunda cihad edənlərin mükafatını verər.”

* * *

Hədis 496: Həzrət Məhəmməd (s) buyurur: "Mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Ona minən nicat tapar, ondan üz çevirənsə qərq (həlak) olar.”

* * *

Hədis 497: Həzrət Məhəmməd (s) buyurur: "Ya Əli, səni sevib, məhəbbətinə sadiq olan kəsin xoş halına və sənə düşmən olub, haqqında yalan danışan kəsin də vay halına!”
* * *

Hədis 498: Həzrət Məhəmməd (s) buyurur: "Başqa şeylər sizi özünə məşğul etməmiş, xeyir iş görməkdə qabağa düşün.”

* * *

Hədis 499: Həzrət Əli (ə) buyurur: "Ən böyük ehtiyacsızlıq qəlbdə arzulara yol verməməkdir.”

* * *

Hədis 500: İmam Sadiq (ə) buyurur: "Oruc tutarkən gözünüz və qulağınız da haramdan qorunmalı, bütün bədən üzvləriniz çirkin işlərdən uzaq olmalıdır.”

Məsumlardan hədislər 451-500
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.