İbadətin ləzzətini dadmaq üçün nə edək?

24 Kasım 2015
1 125
1
İbadətin ləzzətini dadmaq üçün nə edək?
İbadətin ləzzətini dadmaq üçün nə edək?
İbadətin ləzzətini dadmaq üçün nə edək?Sizcə nə edək ki, məsumların buyurduqları
Sizcə nə edək ki, məsumların buyurduqları
ibadətin ləzzətini azacıq da olsa biz də dadaq?
Möhsün Qərəvian nəql edir: Ayətullah Behcətdən
soruşdum: "Ağa ömrümüz keçdi, amma indiyə
qədər ibadətlərimizdə, xüsusilə də
namazlarımızda bir ləzzət hiss edə bilməmişik.
Sizcə nə edək ki, məsumların buyurduqları
ibadətin ləzzətini azacıq da olsa biz də dadaq?"
O, zikr və duaya məşğul olduğu halda başını
qaldırıb mənalı bir ifadə ilə mənə baxdı.
Sonra –
bu hamımızın mübtəla olduğu bir dərddir – deyə
buyurdu.
–Ağa, hər halda dərəcəsi var, aşağısı, yuxarısı
var; nisbi bir məsələdir; bəziləri – sizin kimi – ali
mərtəbəyə sahibdir. Amma bizim heç nəyimiz
yoxdur. Biz nə edək?
–Bəlkə də mən sizin dərəcənizin
təmənnasındayam!
–Ağa, təvazökarlıqdan keçib, bu bir həqiqətdir ki,
deyirəm.

O yenə də xüsusi təvazökarlıqla: Mən də sizin
kimiyəm – dedi.
Çox israr etdikdən sonra nəhayət buyurdu:
Namazdan həzz almaq üçün bir neçə
miqəddiməyə diqqət yetirmək lazımdır. Onlardan
bir hissəsi namazın xaricindədir (namazdan
qabaq), bir hissəsi isə namazın özündədir.

Namazdan qabaq diqqət yetiriləsi və əməl ediləsi
məsələ budur ki, insan günah etməsin, qəlbini
qaraltmasın. Günah ruhu qara dumana bürüyür,
qəlbin nurunu aparır. Namaz vaxtı diqqət ediləsi
məsələyə gəldikdə isə insan namaz vaxtı öz
ətrafına dəmirdən, tikanlı simdən "hasar"
çəkməlidir ki, Allahdan qeyrisi ora daxil ola
bilməsin.
Allahdan başqa bütün şeyləri fikrindən
çıxarmalıdır. Zehnini Allahdan qeyri heç bir şeyə
məşğul etməməlidir. Əlbəttə, qeyri-ixtiyari olaraq
fikri bir yerə getsə eybi yoxdur. Amma elə ki,
iltifat tapıb diqqətini cəmlədi, Allahdan qeyrilərini
qəlbindən çıxarmalıdır.

İbadətin ləzzətini dadmaq üçün nə edək?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Allah razı olsun..
    -Çox dəyərli xəbərdir...
    -İbadət qədər gözəl şey varmıdır..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.